Əhdi-Cədiddә teoloji antropologiyaya әn çox toxunan Hәvari Pauldur. O, insan bәdәnini Allah tәrәfindәn yaradılan mәbәd (Ruhun mәskәni) vә möminlәrin bәdәnlәrini Mәsihin bәdәninin üzvlәri hesab edirdi:
"Bilmirsiniz ki, bədənləriniz Məsihin üzvləridir?..."[20]
"Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz".[21]
Hәvari Platondan fərqli olaraq insanın fiziki tәbiәtinə mәnfi yanaşmır, əksinə, Tövratın da təsdiqlədiyi kimi, müsbәt yanaşır. Can vә bәdәn canlı vәhdәt tәşkil edir; insan ölәndә mәhv olan vә dirilmәdә bәrpa edilәcәyi gözlәnilәn bu can-bәdәn vәhdәti Әhdi-Cәdiddә "cismani tәbiәt" adlandırılır. İnsanın yüksәk tәbiәti ruhdur. İnsan bütövlükdә ruh vә "cismani tәbiәt"dәn (prixofiziki can-bәdәn vәhdәti) ibarәtdir.[22]
Tarix: 12.03.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 57 Bölmə: Kilseler