Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Milan kilsəsi

Milan kilsəsi — İtaliyanın qotika üslubunda olan ən gözəl memarlıq nümunələrindən biridir. Bu, Avropada mərmərdən hazırlanmış və qotika üslubunda yeganə kilsədir.

Kilsəni 1386–cı ildə hersoq Can Qaleasso Viskontinin zamanında ucaltmışlar. Tikinti işləri XV – XVI əsrlərdə davam etmişdir.

Abidənin Ambroziana adlanan yerdə Leonardo da Vinçinin rəsmləri saxlanılır və bu, kilsənin müəyyən memarlıq nümunələrini tamamlayır. Xaçlar arasında şpil yəni uzun mil qalanı daha da görkəmli edir və kilsənin hündürlüyünü 108,5 metrə qədər qaldırmağı mümkün edir. 1765 – 1769–cu illərdə qala tam başa çatmış, fasadı isə verilən məlumatlara əsasən XIX əsrdə bitirilmişdir.

Kilsənin fasadı təqribən kvadrat formada olan Duamo adlı işə bənzəyir və bu tikilinin mənfi tərəfi hesab olunur. XIX əsrdə ucaldılmış tikilidə soyuqluq hissi var və stilizasiya (bir sənət əsərinə müəyyən stilin xüsusiyyətlərini vermə üslubundadır. Kilsənin daha çox maraq oyadan hissələrindən biri arxa tərəf sayılır, bu fantana yaxındır və əyri küçənin ensiz sahəsində yerləşir. Buradan evlərin arxasındakı kilsənin mehrabı görünür və meşəliklə əhatə olunmuş yerin içərisində mərmərdən qala özünü göstərir. Gecə havanın yağışlı və s. formasında olmasına baxmayaraq, binanın effekti özünü tam əks etdirir. Binanın şəbəkəli silueti havanın dumanlı vaxtı da özünü göstərir.

Kilsənin interyerinə diqqət yetirsək, görərik ki, uzunluğu 148 m, eni isə 57, 5 m–dir. Keçid hissələri üçün nəzərdə tutulmuş yerlər isə 87, 8 metr hesablanmışdır. Kilsə beş yerə ayrılıb və içərisində 50 sayda iki böyük yerdə ayrılmış sütunlar var. Daxili hissəyə keçərkən özünü nəhəng meşədə hiss edirsən, çünki içərinin görünüşü zolaqlı şəkildə müxtəlif rənglərdədir. Bunlar hamısı divardakı vitrajlarda özünü əks etdirir. Onun əvəzolunmaz görünşü yalnız yerli əhalini deyil, eyni zamanda gələn turistlərin də diqqətini cəlb edir. Burada insan özünü itirir və son dərəcədə kiçik hiss edir. Belə gözəl görünüş daha çox havanın tutqun olduğu günlərdə hiss olunur. Günəşin şüaları kilsənin bütün istiqamətlərini işıqlandırır, bu da binanın irrasionallığını itirir. Bunun əvəzində sərtlik və aydınlıq formanı özündə birləşdirir. Bu zaman kilsənin interyeri xüsusi böyük görünüş alır.

Mərmərdən olan tavanına baxmadan Milan kilsəsini qiymətləndirmək olmaz. Nef adlanan tavan hissəsinə daxil olarkən, ilk əvvəl pillələrlə tavanın mərkəzi yerinə qalxırsan, daha sonra qalaya qalxmaq mümkündür, həmin vaxt memarlıq nümunəsinin qeyri – adi gücü hiss edilir. Həmçinin möhkəm və nəcib hisslər oyatmağa qadirdir. Binanın özü insanda gərginlik və harmonik aura yaradır. Rasionalist memarlıq elementləri həmişə hiss edilir, özünün bütün çətinliyi ilə açıq şəkildə görünür. Lakin bütün bunlar soyuq funksiya qazanmaq mənasını ifadə etmir, burada xüsusi forma, istifadə olunmuş konstruksiyalar, heykəlatarşlıq memarlığından ibarət güllərlə bəzədilmiş dekorlar mühüm rol oynayır. Bununla yanaşı hər döngə, hər addım özündə xüsusi memarlıq gözəlliyi və elementləri birləşdirən rəsmlərə bənzəyir.

Qotik üslubunda olan kilsə həmişə canlı varlıq kimi qəbul olunmuşdur. Sanki bura materiyanın yaranışından etibarən mövcuddur. Bu memarlıq özündəki ritmik görünüşilə tam mənada cəzbedicilik qüvvəsinə malikdir. Kilsənin tikitisi üçün tam altı əsrlik müddət tələb olundu. İlk daşı 23 may 1386–cı ildə qoydular. Həmin dövrlərdə Milanda aparılan bütün inşaat işləri qırmızı kərpicdən idi, lakin bu abidəni hazırlamaq üçün xüsusi mərmər daşlardan istifadə edildi. Tikilini tam hazırlamaq üçün əvvəlcə italyanlar özü işə başlasa da, sonradan Almaniyadan və Fransadan mütəxəssizlər dəvət edildi. On il müddətində aparılan işlər zamanı prosesi italyanlar, fransızlar və almanlar durmadan bir – birinə ötürdülər. 1470–ci ildə tikintini Cuniforte Solari əlinə alana qədər bu cür davam etmişdi. Həmin vaxt bu şəxs Leonardo və Bramanteni yanına dəvət edərən intibah dövrünün elementlərdindən tikintidə istifadə edilməsini onlardan xahiş etdi. Nəticədə səkkiz küncdən ibarət olan gümbəzlər meydana gəldi. 1417–ci ildə tam bitirilməmiş səcdəgahı V Martin hazırladı, bütünlükdə kilsə özü 1572–ci ildə qismən başa çatdı. Kilsə özündə 3000 - ə yaxın heykəli birləşdirir, içərisinə isə 40 min nəfər yerləşə bilər. Yuxarı yerləşdirilmiş Madonnanın heykəlinin uzunluğu 4 metr hesablanmışdır. Heykəl tam bürüncdən hazırlanmışdır.


Tarix: 07.03.2013 / 15:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 382 Bölmə: Kilseler
loading...