Qızıl kilsə (erm: Karmiravank) – Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığının 15 km Şimalında, Yağıkəsən kəndi ərazisində erkən orta əsrlər dövrünə aid kilsə.
Kilsə kiçik bir çayın kənarında, ətrafında heç bir ağac olmayan hündür bir təpənin üstündə inşa edilmişdir. Kilsənin kilometrlərlə uzaqlıqdan görünən konik dam silueti, üfuqdəki dağ və təpələrlə uyğunluq təşkil edərək, əsrarəngiz bir görüntü əmələ gətirir.
Kilsənin tarixiylə bağlı demək olar ki, heç nə məlum deyil. Sadəcə araşdırmaçılar binanın bir erkən orta əsr abidəsi olduğunu qeyd edirlər. Kilsə, XIX əsrə qədər Yağıkəsən kəndinin kilsəsi olaraq istifadə edilmiş və rəsmi qeydlərdə adı Surb Astvatsatzin (Məryəm ana kilsəsi) olaraq qeyd edilmişdir.
1877-ci il Rusiya – Osmanlı müharibəsində kilsə böyük ziyan görmüş, lakin sonradan dəyən zərər aradan qaldırılmışdır. Keşiş Salatiel Ter Davityanın kilsəni "öz əlləriylə" bərpa etməsi haqqında kilsənin giriş qapısı üstündəki kitabədə məluat verilir.
1920-ci ildə Yağıkəsən kəndinin əhalisi Qərbi Azərbaycan ərazisində qurulan qondarma Ermənistan SSR ərazisinə köçürülənə kimi kənd bir erməni kənd idi və kilsə də həmin kəndin sakinlərinə məxsus idi. Kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra isə kilsə tərk edilib. Lakin abidə günümüzə yaxşı vəziyyətdə çatıb.
Memarlıq xüsusiyyətləri
Kilsənin ümumi planlaşdırılması, X əsr erməni kilsələrini xatırladır. Lakin divar bəzəkləri, kilsənin daha gec bir tarixə, XII əsrin sonu, XIII əsrin əvəllərinə aid olduğunu söyləməyə imkan verir. Mütəxəssislər qeyd edirlər ki, Ani yaxınlığında orta əsr erməni memarlığının nümunəsi kimi təqdim ediləcək bir əsər axtarılarsa bu heç şübhəsiz Qızıl kilsə olmalıdır.
Tarix: 07.03.2013 / 15:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 294 Bölmə: Kilseler