Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmizdirərkən körpənizi dinləyin

Əmizdirmənin rejissoru körpə olmalı
Sağlamlıq problemi olmadıqca əmizdirmənin rejissoru körpə olmalı. Yəni körpə istədiyi müddət boyunca və istədiyi dozada anasının məməsini əmə bilməli. Əmizdirmə müddəti ana və körpəyə qaldığında, bu mövzunun özbaşına təhlil edildiyini, yoluna girdiyini görürük.

Əmizdirən ana ətir vurmasın
Ana südünün və ananın bədən qoxusunun əhəmiyyəti, dəyişik üsullarla həm heyvan həm də insan davranışları müşahidə edilərək araşdırılmış. Dəyişik nəticələr ortaya çıxmış: Yenidoğan bir körpə yalnız mamayla qidalansa belə ana südü iylədildiyində ona çox daha çox maraq hiss edir. Körpələr əmizdirən və əmizdirməyən qadınlardan alınan bədən kremlərini iylədildiyində əmizdirən anaların qoxularını seçirlər. Dovşan balalarında bu erkən dövrdəki qoxu həssaslığı həftələr içində azalır. Bütün bu elmi məlumatlar doğular doğulmaz körpələrin analarının bədənlərinə yerləşdirilmələrinin nə qədər əhəmiyyətli olduğunu vurğulayır. Əmizdirən ananın bədənindəki təbii çekici qoxuların itməməsi üçün analar ətir çəkrməməli və əmizdirmə əvvəli məmələrini silərək süd qoxusunu hiss etməməlilər. Əmizdirən ananın gündə bir dəfə duş qəbul etməsi kafi.

Körpəni öyrətmək üçün ‘saatlı əmizdirmək' doğru deyil
Yenidoğan körpələr, son dərəcə möhtacdır və ən inkişaf etmiş duyğuları da təmasdır. Körpələri davamlı bir proqrama salma təlaşı içindəyik. Halbuki bu vəziyyət meydana gəlməsi lazım olan təbii müddətləri pozur. Məsələn 'Körpəsn yerində buraxaq, öz yerini bilsin' deyirik. Ancaq körpələr, buna qarşı çıxırlar. Çünki onların təbii inkişaf müddətlərində xüsusilə ilk aylarda bol - bol təmas var. Körpələr ancaq üç aydan sonra ictimai təmasa keçirlər, öz özlərinə 5-10 dəqiqə oynayırlar, sonra kiçik qışqırmalarla yanlarına analarını çağırırlar. Çünki təkliyə dözə bilmirlər.

Körpə ağlayaraq anasını çağırdığında əslində nə deyir?
Körpənin anasını yanına çağıraraq əslində izah etmək istədiyi bu: 'Mən də varım. Baxın beynim necə sürətlə inkişaf edir! Anacığım sənin qoxun, təmasın, südün mənə çox lazım!' Çünki ağlayan körpə qucaqlandığında susur, hələ aç olub əmizdirilsə bir ‘süd sərxoşluğu' içində yatır. Ananın əmizdirmə və bədən təması etməsi və körpəsiylə 'ana tərəfindən' danışması çox əhəmiyyətli. Enişli-çıxışlı vurğuları olan bu danışmaların, tez-tez edilməsi lazımdır. Gənc analar, bu danışmağı axmaq tapsalar da bu tərz danışmalar körpəni dinləməyə yönəldir, körpə də öz körpə tərəfindən dilini istifadə edərək anasıyla danışmağa çalışır.

Əmən körpələr gecələri daha çoxmı oyanır?
Ana südüylə qidalanan və böyüməsi yaxşı gedən körpələr ilk həftələrində gecələri də gündüz kimi 2-3 saatda bir əmmək istəyərlər. İkinci aylarına doğru ‘gecə yuxusu' başlar. Gedərək uzanan saatlarla gecə yuxularının müddəti artar. Ancaq hər dövrdə fərqliliklər göstərə bilərlər. Məsələn doqquz aylıq körpələr gecələri daha çox oyanar, analarını daha çox yanlarında görmək, əmmək istəyərlər. Sanki ətraflarını nəzarət edərək 'Ən güvəndiyim insanlar yanımdamı?' deyə baxarlar. Əvvəlki aylara görə beyinləri daha yaxşı işləyər. Ana ya da atalarını yanlarında tapsalar qorxularını məğlub edib dinc olarlar. Uşaq böyüdükcə onsuz da ana - atasını istəməz olar.


Tarix: 06.01.2015 / 11:35 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Körpəyə qulluq
loading...