Uşaqların geyimi onların yaşına uyğun olmalıdır.1 yaşına qədər uşaqlar adətən digər yaşdakılara nisbətən çox surətlə böyüyürlər,ona görə də onların geyimi ilk 6 aylığa qədər olan dövrə uyğun olmalıdır.
Bir gün ərzində yenidoğulmuşun 20-25 dəfəyədək sidik,3-5 dəfəyədək nəcis ifraz etdiyini nəzərə alaraq onun üçün aşağıda göstərilən miqdarda geyim dəsti hazırlamaq lazımdır.
Açıq yaxa köynək-nazik-6-8 ədəd
Isti-6 ədəd
Yaxası bağlı köynək-6 ədəd
Nazik əski(100x100 sm ölçüdə)-24 ədəd
Qalın əski(100x100 ölçüdə)-12 ədəd
Aralıq əskisi(50x50 ölçüdə)-24 ədəd
Nazik adyal-2 ədəd
Yun adyal-2 ədəd
Əskilərin,köynəklərin yumşaq,rütubəti özünə tez hopduran parçadan,yaxşı olar ki,işlənmiş ağ rəngli pambıq,kətan parçadan tikilməsi məsləhətdir.Bu məqsədlə sintetik,ipək və s.parçalardan istifadə etmək məqsədəuyğun deyil,onlar körpənin hələ zərif olan dərisinin qıcqlanmasına,allergik dəyişikliklərə səbəb olaraq dərinin tənəffüsdə iştirakını məhdudlaşdırır.
Ümumiyyətlə,körpənin geyimi sadə,rahat,yüngül,mövsümə uyğun olmalı,onun hərəkətinə və tənəffüsünə çətinlik törətməməli,uşağın bədəninin həddət çox qızmasına və ya soyumasına imkan verməməlidir.Çağanı sıxmaması,əzməməsi üçün köynək və paltarlarda düymə,rezin,qaba tikiş və sırıqlar olmamalı,köynəklərin yaxası bir-birinin üstünə aşırmaqla bağlanmalıdır.İlk günlər körpəni rahat geyindirmək üçün açıqyaxa,sonralar isə yaxası bağlı köynəklərdən istifadə olunur.Köynəyi əvvəl uşağın bir,sonra isə o biri qoluna keçirib,yaxasını arxada bir-birinin üstünə aşırmaq lazımdır,digər köynək isə uşağa yaxası önə olmaqla geyindirilir.İlin fəslindən asılı olaraq,körpəyə isti,yada nazik köynək geyindirilir.Təzə alınmış köynək və əskiləri istifadə etməzdən qabaq yumaq və ütüləmək məsləhətdir.
Tarix: 03.01.2015 / 12:48 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Körpəyə qulluq