Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlavə qidaya keçid haqqında hər şey

Üç gün gözləmə qaydası nədir?
3 gün gözləmə qaydası, körpəyə əlavə qida başlanması müddətində körpənizin yeməklərə verəcəyi ola biləcək reaksiyaları rahatca təqib edə bilməniz üçün çox əhəmiyyətli bir qaydadır. Bu qayda sayəsində körpəniz yeni bir yeməklə tanış olduğu zaman meydana gələ biləcək allergik reaksiyaları , ola biləcək yan təsirləri və hansı əlamətin hansı yeməkdən qaynaqlandığını asanlıqla anlaya bilərsiniz.

Yavaş yavaş əlavə qidalara başlayan körpənizə bir qidanı ilk dəfə verirsinizsə , yeni qidanı sınadığı gündən 3 gün sonra fərqli bir Qida ilə tanış edin. Beləliklə keçən 3 gün müddət içərisində körpənizə verdiyiniz qidanın təsirlərini anlaya , körpənizin o qidanı sevib sevmədiyini müşahidə edə bilərsiniz. Xüsusilə əlavə qidalara keçid mərhələsinin başlanğıcında bu qaydanı tətbiqi körpənizin sağlamlığı və sizin doğru şəkildə müdaxilə edə bilməniz baxımından böyük əhəmiyyət daşıyır. Bu qaydanı tətbiq etməklə əvvəlcə körpənizi ona uyğun olmayan yeməklərdən qoruya bilərsiniz.

Əlavə qidalara keçişdə 3 gün gözləmə qaydasını tətbiq edib, körpənizin hansı yeməyə necə reaksiya verdiyini gördükdən sonra, qidaları gruplaştırmanız da olduqca asanlaşacaq. İrəliləyən aylarda hansı qidaları birlikdə hansılarını ayrı-ayrı verməniz lazım olduğuna bu qayda sayəsində rahatlıqla qərar verə bilərsiniz. 3 gün gözləmə qaydası körpənizin bəslənmə vərdişi oturana qədər diqqət yetirilməsi lazım olan bir qaydadır. Lakin bir müddət sonra qaydanı tətbiq edərək körpənizin hansı qidalara nə kimi reaksiyalar göstərdiyini asanlıqla anlaya biləcəksiniz. 6 aydan 9-10. aya gələnə qədər əhəmiyyətini qoruyan qaydanı körpəniz 9-10 aylıqkən tətbiq etməyə bilərsiniz.
Əgər Ailənizdə allergik fərdlər varsa, bu qaydanı tədbir baxımından körpəniz 12 aylıq olana qədər tətbiq edə bilərsiniz. Meydana gələ biləcək hər cür qeyri-adi vəziyyətdə həkiminizə məsləhətləşərək hərəkət etmənizdə fayda var.

Allergiyası varsa nə etməliyəm?
Ailə keçmişinizdə qida allergiyası varsa, körpənizdə də olması vəziyyətini mütləq nəzərə alaraq bəslənmə proqramını yaradın. Bir qidanı verməyi yoxlamadan rasiondan çıxarmaq düzgün deyil. Əgər körpənizin yediyi bir şeyə reaksiya göstərdiyini görsəniz aradan bir az zaman keçdikdən sonra təkrar kiçik bir miqdar verməyi təcrübə edin. Yenə eyni əlamətlər ortaya çıxarsa o qidanı menyunuzdan çıxarın.
Unutmayın , allergiya ciddi sağlamlıq problemləri yarada bilər, həkiminizə müraciət şübhəsiz ən doğrusudur.


Tarix: 05.01.2015 / 16:55 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Körpəyə qulluq
loading...