Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpəmə...

Sənin xəyalını belə qurmaq o qədər gözəldir ki.. Bir gün "ana" deyə səslənəcəyini eşitməyi, o bapbalaca əllərindən tutmağın xəyalını qururam indidən..Tərifi qeyri-mümkün duyğular vardır.. Bəzən bir baxış izah edər bəzən boğazındakı düyün.. Gözündən səssizcə axan yaş. Səni təsvir etmək də belə bir şeydir.. Baxışlarımla, təbəssümlərimlə ya da gözyaşımla izah edə bilirəm. Amma sözlər çatmır izah etməyə. Bəzən sənin dünyaya gələcəyini düşünmək belə ürküdür məni bilirsənmi?
Bu Dünya elə bir yerdir ki, insan insanı öldürür, döyüşlər olur, günahsız körpələr aclıqdan ölür.. Cəhənnəmin aynasıdır sanki ..Amma eyni dünya da elə gözəlliklər var ki, sənin kimi.. hansıki,uçurum kənarında olsa yapışacaq bir budaq tapar?! Səndə mənim dünyaya yapışdığım tək budağımsan.. Eşq var burada, sevgi - hörmət var, dürüstlük var..Əmin ol sənin mənə verdiyin xoşbəxtlik dünyanın bütün problemlərinə sinə gərməyə çatacaq qədər qaraldır gözümü.. Sənin gözündən axacaq bir damla yaş köz olar düşər ürəyimə ..Mənim bəlkə bu izah edəcəklərim səni bir az daha qorxudacaq amma bunları bil və hazırlıqlı gəl Dünyaya şirinim.. Dünyada Terror deyə lənətlənəsi bir şey var.. İnsanlar mərhəmətsizcə bir-birini öldürür, bombalayar günahsız insanların canını alar.. Müharibə deyə birşey var, 1ovuc torpağa görə 1insanın güdazına gedən minlərlə insanlar olur...Qlobal İstiləşmə deyə bir şey var. Edilən şərhlərə görə dünyada quraqlıq olacaqmış, sular bitəcəkmiş.. Çox əkinçilik məhsulu yetişə bilməyəcəkmiş. Bu da insanlığın sonunu hazırlayan səbəblərdəndir canım. .Ən əhəmiyyətli və qulağa heç xoş gəlməyən bir problem də var Körpəm.. İnsanlar gənc yaşında 3 saatlıq bir imtahanla həyatlarını təyin edirlər.. Adına da "Tələbə Seçmə İmtahanı".. deyilir.Çox işin olacaq .. Çoooox ..Sən dünyaya gəldiyin zaman dünya necə olacaq çox maraqlanıram açıqcası.. Amma mən sənə hər cür çətinliyə sinə gərmənin, xoşbəxtliyin sirrini söyləyəcəm..
Əgər Dünyaya gələndə; həyatın mərhəmətsizliyiylə qarşılaşsan Allaha sığınmalısan; İmanlı olmalısan, nə bahasına olursa olsun gerçəkləri söyləməkdən qaçınmamalısan.. Yalan deyilən şeyi öyrənməməlisən.. . Ən böyük mükafat bəlkə də budur insana..Hörmətli olmağı biləcəksən .. Dininə, Ailənə, yoldaşlarına, bütün insanlara, keçmişinə, dilinə! , bayrağına! və ən əhəmiyyətlisi özünə hörmətli olmağı biləcəksən Körpəm.. Bunlar səni xoşbəxtliyə aparacaq. Bu yolda, həyat səfərində, nəfəsim çatdığı qədər yanında olacağıma söz vermək istərdim..Amma həyatın harada bitəcəyi məlum deyil bəlkədə mən sən doğularkən, həyatla vidalaşacam, kiçicik əllərini öpmədən qoxunu içimə çəkmədən, amma yenədə Allahın bir töhvəsini həyata bəxş etdiyimçün həyatıma gələcəyinin xəbərini öyrəndiyim gün qədər xoşbəxt olacam
Anan...


Tarix: 03.01.2015 / 11:13 Müəllif: Aziza Baxılıb: 211 Bölmə: Körpəyə qulluq
loading...