Uşaqla uşaq
Bunlar ən sevgi dolu və ən oyunçu olanlarıdır. Yəni oğuluyla oğlan, qızıyla qız, körpəsiylə körpə, yetkiniylə yetkin olma qabiliyyətinə sahib və bu qılıqlara bürünən analardır.
Uşağı kiçikkən onun oyuncaqlarıyla oynayan, böyüdüyündə isə birlikdə iPhone ya da Facebookda ilişən növdən olan analardır yəni.
Ana deyil, diktator
Uşaqlarının həyatda güclü və müvəffəqiyyətli olmaq məcburiyyətində olduğunu düşünür, çünki onun üçün həyatın qaydası sadə: İki növ insan var:güclülər və zəiflər.
Televiziya, kompüter və video oyunları uşaqlara qadağandır, çünki bu vərdişlər uşağı ananın təyin etdiyi hədəflərdən yayındırır. Uşaq məktəbdə, kursda, idmanda ya da musiqidə tam uğur qzanmaq məcburiyyətindədir.
Şişirdilmiş düşkünlər
Bu ana növü də uşağına bir az çox düşkün olur. Amma intizamlı və məcburedici deyillər. Bu analar, kenqurular kimi körpələrini heç cür buraxa bilmirlər. Yəni bir tək kisələri əskikdir.
Həyatlarını uşaqlarının steril və xoşbəxt bir mühitdə yaşamasını təmin etməyə həsr etmişlər. Bu ana növü, ölkəmizdə olduqca məşhurdur. Uşaqlarıyla olan dialoqlarında sərtlik yox, cəza yox ,amma bol şəfqət var.
Ağılı-fikri gəzməkdə
Ana kateqoriyaları içərisində ən maraqsız olanlara bu ad verilir. Yumurtladıqdan sonra dənizə açılan dişi pinqvin geri dönənə qədər iki ay boyunca kürt yatma və balanı qidalandırma vəzifəsi kişi pinqvinə düşər. Pinqvin kimi, məsuliyyəti kişilərin üstünə atan ana namizədləri var.
Qorumaq üçün hər şeyi edə bilər!
Fədakarlığın, qoruyuculuğun simvolu olduğu üçün bu cür analara 'ayı' adı yaraşdırılır. Bu təyin etmədə Alaskanın Grizzli ayılarının təsiri çox. Çünki balaları hədə altında olan bir Alaska ayısından daha təhlükəli bir şey yox!
Hesab soruşan analar
Bu anaların övlad qoruyuculuqları bəzən insaf sərhədlərini keçməyə məcbur edir. Uşağı pis qiymət aldığı zaman düz məktəbdə götürüb müəllimdən hesab soruşan, lazım olduğunda onun yerinə tapşırıqlarını edən analardır.
Tarix: 03.01.2015 / 12:01 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Körpəyə qulluq