Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq dərisinə qulluq

Baxmayaraq ki uşaqlarda qırışlar və sızanaqlar olmur, ancaq onların da dərisi yumşaq və eyni zamanda çox həssasdır. Uşaqlar səpkilərə, zədələrə və dəri infeksiyalarına olduqca meyllidir. Siz uşağınız üçün sadə, xüsusi dəriyə qulluq cədvəlini yaratmaqla, bütün arzuedilməz dəri narahatlıqlarından onu xilas edə bilərsiniz. Günəşin ultrabənövşəyi şüaları sizin uşağınızın dərisində daimi zədəyə səbəb ola bilər. Əgər sizin övladınız gündə qaralmaya meyllidirsə, sərin vanna ilə onun çox yanmasının qarşısını alın. Əmin olun ki, onlar səhər erkəndən və axşam dörddən sonra oynamağa çıxırlar. Geniş spektr günəşdən qorunma kremindən istifadə edin vəuşağın bütün çılpaq (görünən) hissəsinə krem çəkin.
Təəssüf ki, uşaqlar yeni şeyləri araşdırmağı xoşlayır və bu da bəzən mənfi nəticələrə səbəb olur.Bəzən zəhərli bitki və ya böcək dişləkləri övladınızda qaşınma və gicişməyə səbəb ola bilər. Əgər o, aktiv həyat tərzinə malikdirsə, zədələr sizin uşağınız üçün adi bir hadisədir. Ağrını sakitləşdirmək üçün dərhal həmin hissəyə buz qoyun. Sonrakı infeksiya şansını ləğv etmək üçünantibakterial maye və ya sabun ilə yaranı müntəzəm yuyun.
Hamımız bilirik ki, başdan ayağa kimi gigiyena hər uşaq üçün zəruridir. Əmin olun ki, o, sabun ilə əllərini və üzünü müntəzəm yuyur, xüsusilə məktəbdən geri qayıtdıqdan və oynamaqdan sonra. Tünd qoxulu yuyucu vasitələr və ya sərt sabunlar onun dərisində quruluğa səbəb ola bilər. Bundan başqa, bəzi uşaqlar ətirlərə, boyalara və yuyucu vasitələrə allergikdir. Beləliklə,onların zərif dəriləri üçün məsləhət görülən yumşaq sabunlara üstünlük verin. Axşam çimmək sizin uşağınızın nəfəsinin açılmasına və mikroblardan qorunmasına kömək edəcək.
Öz balacanız üçün dəriyə qulluq məhsullarını seçərkən çox ehtiyatlı olmaq zəruridir.


Tarix: 03.01.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Körpəyə qulluq
loading...