Körpe anasını nece tanıyır?
Yeni doğulmuş uşaq hele ana bətnində ikən her şeyi eşidir ve yadda saxlamağı bacarır. O, anasının səsini tez tanıyır, onun ürek döyüntüsünü eşitdikdə sakitləşir.
3 aylıq dövründe uşaq əşyaları tanımağa başlayır. Anası ile birlikdə olanda o, özünü çox xoşbext hiss edirsə, ana başqa otağa keçen kimi körpə ağlamağa başlayır. Çünki o elə bilir ki, anası bir daha qayıtmayacaq. Ona görə də uşağın səsine ses vermek, uzaqdan da olsa, onu danışdırmaq lazımdır ki, uşaq anasının yaxında olduğunu başa düşsün.
Belə olduqda uşaqda ilk mentiqi vərdişlər formalaşır: anamı görmürem "demeli, o yoxdur? Amma səsini eşidirem" deməli, o var.
6 aylıq uşaqda göz yaddaşı inkişaf etmiş olur. Əvvəllər gördüyü insanları hətta fotoşekildə də tanıyır, əlinden yerə düşen oyuncağı axtarır, gördüyü əşyaları ve canlıları qruplaşdırır (Məsələn: pişik, it, inək - heyvandır. Sıyıq, yumurta, ət, alma - yeməkdir və s.)
7-8 aylığında uşağın yaddaşı daha da inkişaf edir. Bu zaman ona şəkiller göstərməli və zehni inkişaf etdiren oyunlar alınmalıdır.
Bir yaşına yaxın artıq uşaq nəinki, tanış əşyaları ve hadisələri tanıya bilir, hətta müəyyen işarəleri başa düşür ve cavab verə bilir, məsələn hər dəfə nənəsi ile sağollaşanda balaca ellerini yelleyib "sağ ol" deyir.
Tarix: 30.12.2014 / 17:42 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Körpəyə qulluq