Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağı söyüşdən necə çəkindirməli?

Usaqlarin söyüş söyməsi hər birimizi narahat edir. Bəzi azərbaycanlılar isə lap balaca yaşlarından övladlarına söyüş öyrədir, sonra isə müasir uşaqların tərbiyəsinin pozulmasından danışırlar.Övladının söyüş söyməsini istəməyənlər müxtəlif üsullardan istifadə etməklə bunun qarşısını almağa çalışırlar. Ancaq bir çox hallarda tərbiyə metodları yanlış seçilir.

Söyüş üç əsas qrupa ayrılır:
1) Ya qarğış etmək, ya da bir-birinə zərbə vurmaq üçün istifadə olunan söyüşlər.
2) Cinsi məzmunlu söyüşlər, ədəbsiz danışıqlar.
3) Şəxiyyətə yönəlmiş söyüşlər.

Uşaqların söyüş söyməsinin müxtəlif səbəbləri var:
Diqqət çəkmək: Bəzi uşaqlar valideynlərindən lazımı diqqəti görməyəndə, diqqət çəkmək üçün söyüşdən istifadə edirlər.
Sarsılma: Bəzi uşaqlar üçün yeniyetmələri şoka salmaq, rahatsız etmək əyləncəli ola bilər.
Ağızdan qaçırmaq: Ciddi əngəllə üzləşənlərin, gərgin, əsəbi olanların ağzından pis söz çıxdığını hər birimiz görmüşük. Bəzən mədəni insanlar belə özlərini saxlaya bilmirlər. Sonra isə utanaraq üzr istəyirlər. Ciddi qadağalarla üzləşən uşağın dilindən də söyüş çıxa bilər, bu səbəbdən də ehtiyatlı olmaq lazımdır.
Müdafiə: Bəziləri üçün pis söz demək müdafiə vasitəsidir. Söyüş söyməyin qadağan edildiyi çevrələrdə böyüyənlər üsyan edərək azad olduqlarını göstərmək istəyirlər.
Yetkinləşmə: Bəzi uşaqlar yetkinləşdiklərini göstərmək üçün pis sözlərdən istifadə edirlər.

Uşağı söyüşdən necə çəkindirməli?

Bəs, nə etməli?
1. Örnək göstərmək lazımdır: Özünüz söyüş söymürsünüzsə və yaxud özünə nəzarət edə bilirsinizsə, övladınız sizin davranışınızı təqlid edəcək.
2. Övladınıza sözünü demək üçün şərait yaradın: Övladınız sizə qarşı hirslidirsə və bu zaman düşündüklərini rahatlıqla dilə gətirə bilirsə, bu azadlığı ona vermisinizsə, mənfi düşüncələri dilə gətirmək üçün pis sözlərdən daha az istifadə edəcək.
3. Müzakirə: Pis sözlər bir kağıza yazılır və daha sonra müzakirə edilir. dartışılır.
4. Əhəmiyyət verməmək: Övladınız pis sözlərdən istifadə edəndə valideynlər bunu faciəyə cevirməsələr, uşaqlar daha az söyüş söyərlər.
5. "Başa düşməmək oyunu". Valideynlər belə vəziyyətlərdə şoka düşməkdən daha çox övladlarını yönləndirə bilərlər. "Sənin dediyin sözün mənası nədir?", "başa düşmürəm" deməklə uşaqlardan izahat verməsini istəyə bilərsiniz.
6. Yaradıcılığa meylləndirmək: Yaradıcı məşğuliyyətlər, yazı yazmağa, şəkil çəkməyə həvəsləndirmək, idman övladlarınızın pis sözlərdən istifadə etməməsinə səbəb olardı. Yaradıcı məşğuliyyətlər pis sözlərdən istifadəni əngəlləyər.
7. Pis sözlərdən bezdirmək: Uşaq söyüşdən istifadə edəndə beş dəqiqə ərzində həmin sözü ona təkrar etdirin. Böyük ehtimalla bir daha bu sözdən istifadə etməyəcək. Övladınız sözü deməkdən bezəndə ona istədiyini edə biləcəyini söyləyin.
8. Ciddi cəzalandırma istənilən effekti verməyəcək. Övladınızın üstünə çığırsanız, döysəniz, təhdid edərək çəzalandırsanız o, söyüş söyməyəcək, ancaq siz yanında olmayanda söyüşdən istifadə edəcək.
Pis sözlərin yerinə yaxşı sözlər istifadə etmək üçün övladınızı məlumatlandırın. Yaxşı sözlərdən istifadə edəndə onu tərifləmək, yaxşı sözlərdən istifadəyə təşviq etmək lazımdır.


Tarix: 03.01.2015 / 10:53 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Körpəyə qulluq
loading...