Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ana sudu

1.Ana südü D vitamini xaricində ilk 4-6 ayda körpənin bütün ehtiyaclarını qarşılayacaq xüsusiyyətdədir.

2. İnək südü ya da suni südə görə həzm çox daha asandır.

3. Böyümə üçün çox lazımlı olan linoleik turşu ana südündə digərlərindən 8 qat çoxdur.

4. Körpənin böyümə inkişafı üçün lazımlı sink, dəmir kimi mineralların emilimini asanlaşdırar.

5. Həddindən artıq zülal və mineral ehtiva etmədiyindən körpələrdə böyrəklərin yükü yüngülləşər.

6. Ana südündəki anticisimlər uşağı mikroblardan qoruyar bu səbəblə ishal və digər yoluxucu xəstəliklərə daha az tutular.

7. Ana südünün ehtiva etdiyi yağ miqdarı əmmə müddətinin sonuna doğru artar və uşaqda toxluq hissinə gətirib çıxarar. Bu vəziyyət körpənin kök olmasını önləməkdə, irəlidə meydana gələ biləcək ateroskleroz kimi köklük komplikasyonlarından körpəni qorumaqdadır.

8. Ana südündəki xolesterol miqdarı hazır mama ya da inək südünə görə daha yüksəkdir. Bu vəziyyət ilk aylarda lazımlı ferment sistemlərinin inkişafı baxımından çox əhəmiyyətlidir.

9. Ana südündəki laktoz miqdarı yüksəkdir. Laktoz kalsiumun emilimini artırar, bağırsaqda bədən üçün faydalı olan laktobasillərin törəməsini təmin edər.

10. Ana südü, körpədə olmayan və həzmə köməkçi olan amilaz, lipaz kimi fermentləri ehtiva edər. Bu səbəblə həzmi asantlaşır.

11. Vitamin xüsusilə A və C vitaminləri inək südünə müqayisədə daha yüksəkdir.

12. Ana südü hər vaxt, təmiz, hazır, bədən istiliyində olduğu üçün istifadəsi asandır.

14. Erkən əmizdirmə rəhmin sıxılmasını təmin edərək, rəhmin tez kiçilməsi baxımından anaya fayda təmin edər

15. Əmizdirən qadınlarda məmə xərçəngi olma riski daha aşağıdır.

16. Əmizdirmə, ana-uşaq əlaqəsinin ən müsbət şəkildə inkişafını təmin edər

16. Erkən (prematüre) doğum edən anaların südü fərqli olaraq daha çox zülal və duz ehtiva edər. Bu süd körpənin ehtiyaclarına daha uyğundur.


Tarix: 30.12.2014 / 17:44 Müəllif: Aziza Baxılıb: 106 Bölmə: Körpəyə qulluq
loading...