Günəşin təsiri ilə əllərimizdə müxtəlif çatlar, ləkələr əmələ gəlir, onlar qalın, kobud forma alır. Çoxlarımız buna qarşı biganə yanaşsaq da, unutmamalıyıq ki, əllər bilavasitə yaşımızdan xəbər verir. Yəni, xarici görünüşümüzə qarşı nə qədər diqqətli olsaq da, əllərimizə qarşı diqqətsiz davranışımız bütün bu əməyimizi heç edə bilər. Buna görə də mütəxəssislər hesab edirlər ki, qadınlarla yanaşı, xarici görünüşünün qayğısına qalmağı sevən bəylərimiz də bu fakta fikir verməlidirlər.
Dəri xəstəliyi mütəxəssislərinin sözlərinə görə, əllərimizi günəş işığından qorumaq üçün müxtəlif qoruyucu kremlərdən istifadə etməyimiz mütləqdir, lakin bəzi hallarda bu vasitələr nə qədər güclü olur olsun, anomal hava şəraitində köməyimizə gəlmir. Bu zaman əlləri qorumaq üçün lazer, mezoterapiyadən və müxtəlif kimyəvi dərmanlardan istifadə edilməlidir.
Mezoterapiya: Bu zaman xüsusi formada hazırlanmış dərmanlar həkim tərəfindən müəyyənləşədirilən dozada xüsusi iynələrin köməyi ilə dəriyə yeridilir. Bunun üçün dəridə daha həssas nöqtələr seçilir. Bunun üçün müalicəyə təzə başlayanda həftədə iki dəfə olmaqla ayda cəmi 6-8 seans, il boyu isə üç aydan bir təkrar seans həyata keçirilir. Bununla da dəri daha parlaq görünüş əldə edir. Sonrakı dövrlərdə isə ildə bir dəfə yenidən müalicə olunmaq lazımdır.
Lazer: Bu əl dərisinin yenilənməsi baxımından olduqcqa təsirli üsuldur. Lazerlə iki həftədə bir dəfə cəmi beş seansla dəridə parlaqlıq yaratmaq və onun rəngini açmaq mümkün olur. Bu müalicələr dərinin günəşə qarşı həssaslığını artırır. Buna görə də ondan yay vaxtı yararlanmaq təhlükəlidir. Həkimlər qış aylarında lazerdən istifadə etməyi daha çox məsləhət görürlər.
Kimyəvi pilinq: Bu müalicə üsulunda əsasən meyvə və ya xüsusi hazırlanmış turşulardan istifadə edilir. Günəşin yaratdığı ləkələri yox etmək üçün iki həftədən bir təxminən 6 seans müalicə həyata keçirilməlidir.
Botoks: Bədənin müxtəlif bölgələrində istifadə edilən bu estetik mülicə üsulu ilə əllərimizin daha dolğun, parlaq və canlı görünməsinə nail ola bilərik. Botoksla uğurlu görünüş əldə etmək üçün bu üsuldan ildə iki dəfə istifadə etmək lazımdır.
Tarix: 07.01.2015 / 12:04 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Həkim baba