Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Az su içmək zərərlidir

Yetişkin insanın bədən ağırlığının 60-70%i, yəni üçdə iki hissəsi sudan ibarətdir. Doğrudur, bu göstərici yaşa və çəkiyə görə dəyişir, amma istənilən halda kişi orqanizmindəki su faizi qadınlara nisbətən daha artıq olur. Yaş artdıqca isə bədəndəki su yavaş-yavaş azalmağa başlayır.
İnsan beyninin 75, qanının 92, əzələlərini 75, sümüklərinin isə 22%-inin sudan ibarətdir olduğunu nəzərə alsaq, deməli, kifayət qədər su içməmək eyni zamanda həm beynimizin, həm qanımızın, həm əzələlərimizin, həm sümüklərimizin inkişafına mənfi təsir göstərir. Bəs bu təsirlər özün ən çox hansı formada biruzə verir?
Mütəxəssislərin sözlərinə görə, az su içməyin yaratdığı narahatlıqlardan ən birincisi yorğunluqdur. Çünki su bədənimizdəki ən əhəmiyyətli enerji qaynağıdır. Buna görə də susuzluq orqanizmdə halsızlıq və yorğunluq yaradır.
Susuzluğun yaratdığı digər narahatlıqlar sırasında isə astma, allergiya, qan təzyiqi, dəri problemləri, yüksək xolesterol, həzm pozuğunluğu, böyrək problemləri, qəbizlik, oynaq ağrıları hətta vaxtsız yaşlanma kimi bir çox problemlərin adlarını çəkə bilərik.
Dietoloqların sözlərinə görə isə susuzluğun yaratdığı ən əsas problemlərdən biri də artıq çəkidir. Belə ki, az su içmək bədənimizdəki yağ hüceyrələrinin inkişafını sürətləndirir, bu isə öz növbəsində piylənməyə səbəb olur. Bu cür problemlərlə rastlaşmamaq üçün dietoloqlar xəstələrə yeməkdən əvvəl su içməyi tövsiyyə edirlər. Çünki bu zaman insanın iştahası azalır. Bu isə öz növbəsində kökəlməyə mane olur.
Araşdırmalar göstərir ki, il ərzində gündə 1,5 litr su içərək 17,400 kalori itirə bilərik. Bu isə təxminən üç kilo artıq çəkidən qurtulmaq deməkdir.


Tarix: 07.01.2015 / 11:49 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Həkim baba
loading...