Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərdə nadir hallarda görünən xəstəlik

Bülent Ecevit Universitetinin Tətbiqetmə və Araşdırma xəstəxanasının mütəxəssisləri tərəfindən aparılan araşdırma maraqlı nəticələri ilə diqqət çəkib. “Kişi və qadınlarda müşahidə edilən əsas xəstəliklər” mövzusunda aparılan araşdırma nəticəsində məlum olub ki, sinə xərçəngi kişilərdə də rast gəlinən xəstəliklərdən hesab edilir. Bu vaxta qədərki tibbi müayinələrdə əsasən qadın xəstəliyi kimi göstərilən bu xəstəliyin kişilər arasında yayılma ehtimalı da mümkündür.
Mütəxəssislərin sözlərinə görə, qadınlarla müqayisədə kişilər arasında bu xəstəliyə rast gəlinmə faizi aşağı olsa da, bütün bunlar heç də kişilərin ondan sığortalandığı anlamına gəlmir. Həkimlərin sözlərinə görə, kişilər bu xəstəliyə yoluxan zaman xəstəliyin ilkin simptomları qadınlardan fərqlənir. Bu zaman əllə toxunulduğu vaxt döş toxumalarında müəyyən şişlik, sərtləşmə müşahidə edilir. Bu kimi hallarla bağlı hər hansısa şikayəti olan və xəstəliyin qarşısını tez almaq istəyən kişilərin tez zamanda həkim nəzarətindən keçməsi mütləq sayılır. Vaxtında müdaxilə edilmədiyi halda xəstəliyin daha kəskin fəsadlarının ortaya çıxma ehtimalı qeyd edilir.
Qeyd edək ki, bu gün hər 8-10 qadından biri sinə xərçəngindən əziyyət çəkir. Həkimə vaxtından gec müraciət edildiyi halda bu xəstəlik qadınlarda sinənin kəsilib götürülməsi ilə nəticələnir.


Tarix: 07.01.2015 / 11:54 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Həkim baba
loading...