Əksər kişilər bilir ki, mükəmməl bədən quruluşuna sahib olmaq üçün ən birinci düzgün məşq qrafiki tərtib edilməlidir. Ancaq bu zaman çoxumuzun yaddan çıxardığı bir incə detal var. Mütəxəssislər birdirirlər ki, nə qədər güclü məşq planı olur olsun, əzələ artırmağı və ya arıqlamağı qarşısına məqsəd qoyan insan düzgün qidalanmırsa, deməli, bu qədər əziyyətdən heç bir fayda görməyəcək.
Buna görə də indi əzələ artırmaq istəyən zaman əməl etməli olduğumuz qidalanma resepti haqqında sizə məlumat vermək istəyirik.
Zəncəfil
“The Journal of Pain” jurnalının yaydığı əlumata görə, 11 gün ərzində gündə 11 qram zəncəfil qəbul etmək məşqlərdən sonra əzələ ağrısından şikayətlənənlər üçün ən ideal müalicə növüdür.
Qızardılmış ət
Məşhur aşbaz Andrew Nutterin sözləriə görə, orta temperaturda qızardılan az yağlı mal əti məşqdən sonra yorulan əzlələrin əvvəlki gücünü bərpa etməsinə kömək göstərir. Ümumiyyətlə, məşqlərdən sonra kalorili yeməklərin qəbul edilməsi daha məsləhətli hesab edilir.
Süd və sü məhsulları
Məşq zamanı, xüsusən də ağırlıq qaldırma zamanı əzələ lifləri ortadan qopur. Məşqlərdən sonra onların bərpa edilməsi çox vacibdir. Buna görə də tərkibində bol miqdarda zülal, kalsium və digər vutaminlər olan süd və kəsmik sizin üçün ən lazımlı qidalardandır.
Balıq
Balıq məhsullarının tərkibində olan müxtəlif vitaminlər gün ərzində itirdiyiniz enerjinin yenidən bərpa edilməsi sahəsində mühüm əhəmiyyətə malikdir. “The Journal of Clinical Investigation” jurnalının məlumatına görə, tuna və qızılbalığın tərkibində olan kalsium, zülal və digər vitaminlər əzələ artırmaqda xüsusi əhəmiyyətə malikdir.
Ananas
Əksər insanlar məşqlərdən sonra meyvə yeməyi xüsusilə məsləhət görürlər, amma çox hallarda bu meyvələrin içərisində alma və portağalın adı çəkilir. Lakin unutmaq olmaz ki, ananas da bu baxımdan xüsusilə əhəmiyyətlidir. Onun tərkibində olan maddələr proteinləri parçalamaq gücünə malikdir. Mütəxəssislərin fikrincə, məşqdən sonra orqanizmin əvvəlki gücünü bərpa edən bu qida, həm də cinsi ehtirası artırdığı üçün faydalılıdır.
Üzüm
Tumlu üzüm, xüsusilə də onun qabığı məşqlərdən sonra əzələlərdəki yanma hissini aradan qaldırır. Gündə bir salxım üzümü qida rasionunuza daxil etməklə siz heç bir ağrı hiss etmədən əzələlərinizi inkişaf etdirmək şansı qazanacaqsınız.
Avokado
Məşqlərdən sonra salatın içərisinə əlavə edəcəyiniz bir neçə dilim avokodo bədəninizdə maddələr mübadiləsinin bərpa edilməsində yardımçı olacaq.
Yuxarıda adı çəkilənlərlə yanaşı eyni zamanda məşqlərdən sonra yumurta, toyuq əti və bitki mənşəlli qidaların qəbul edilməsi də məsləhətlidir. Bu qidalar əvvəlki enerjinizi bərpa etməkdə sizə yardımçı olacaq, səhər məşqlərə yenə eyni həvəslə başlamağınıza şərait yaradacaq.
Tarix: 07.01.2015 / 11:46 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Həkim baba