Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu xəstəlik hər yeddi kişidən birində var

Fransalı alimlərin 700 kişi üzərində apardığı araşdırma nəticəsində məlum olub ki, hər yeddi kişidən biri prostat vəzi xəstəliyindən əziyyət çəkir. Bu cür vəziyyətlərin qarşısını almaq üçün mütəxəssislər ildə bir dəfə kişilərin PSA adlandırılan qan müayinəsindən keçməsini vacib sayır.

Prostat vəzi nə deməkdir?
Çəkisi 25-30 qram olan bu kişi cinsiyyət orqanı sidik kisəsinin altında yerləşir və içindən sidik kanalının bir hissəsi keçir. Onun əsas vəzifəsi prostat şirəsi hasil etməkdir. Prostat şirəsi isə öz növbəsində kişilərin cinsi fəaliyyətində mühüm rol oynayır.
Bu orqanın xəstəliyinin son nəticəsi kişilərdə cinsi zəiflik, sonsuzluq, sidik ifrazının ağır pozuntuları şəklində özünü göstərir. Alimlərin fikrincə, prostat vəzinin xoşxassəli böyüməsi kişinin bioloji olaraq qocalmasından xəbər verir. Prostat vəzi böyüməyə başladıqda isə yaranan şişlər sidik kanalında vəzinin içərisindən keçən hissəni sıxır və sidik ifrazını əngəlləməyə başlayır. Bəzi hallarda xəstəlik uzun müddət əvvəl yaranmasına baxmayaraq heç bir formada özün göstərmədiyinə görə, kişilər qəfil sidik ləngiməsi və cinsi zəifliklə üzləşirlər. Tibb mütəxəsiisləri sonradan belə bir “süpriz”lə qarşılaşmaq istəməyən kişilərə 20-30 yaşlarında ultrasəs müayinəsindən keçməyi tövsiyyə edirlər. Bu müayinə ilə kişilərdə xəstəliyin yaranma faizini əvvəlcədən müəyyənləşdirmək olur.
Mütəxəssislərin sözlərinə görə, prostat xərçənginin yaranmasında genetik faktorun rolu böyükdür. Buna görə də digərlərindən bu xəstəliyin qarşısını almaq üçün 50 yaşından sonra mütəmadi olaraq ildə bir dəfə PSA müayinəsindən keçmələri tələb olunursa, ailəsində bu xəstəlikdən əziyyət çəkənlərin 40 yaşından sonra bu müayinədən keçməsi mütləqdir. PSA-nın əsas məqsədi prostat vəzinnin adenomasının xoşxassəli, yoxsa bədxassəli olduğunu erkən aşkar etməkdir. Onun böyüməsinin qarşısını almaq üçün 100% lik müalicə üsulu mövcud olmasa da, hazırda dərman bazarında bu xəstəliyin inkişafını ləngidən bir çox preparatlar satılır. Həkimlər əksər hallarda prostat vəzinin masaj üsulu ilə müalicə edilməsinin tərəfdarıdırlar. Onların fikrincə, yalnız həkim tərəfindən xüsusi göstəriş verildiyi halda, xəstəliyi cərrahi üsulla müalicə etmək olar. Lakin belə əməliyyatların nəticəsi heç də həmişə ürəkaçan olmur. Bu barədə aparılan monitorinqlərin nəticəsinə görə;
Əməliyyatların 10%-indən sonra cinsi aktivlik tamamilə itirilir;
5-10 %- ində sidik saxlaya bilməmək inkişaf edir;
20-40%- ində yeddi-səkkiz ildən sonra xəstəlik yenidən özünü biruzə verir;
5%-də isə ölüm halları müşahidə edilir.


Tarix: 07.01.2015 / 11:21 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Həkim baba
loading...