Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz xəstəliklərinin təbii yolla müalicəsi

Kişilərin ən çox şikayətləndiyi hallardan biri də göz yorğunluğu, göz ağrısıdır. Nyu-York Universitetində aparılan araşdırma nəticəsində məlum olub ki, qadınlarla kişilərin eşitmə və qoxubilmə qabiliyyətləri kimi görmə qabiliyyətləri də fərqlidir. Bu nəticəyə gəlmək üçün İsrael Abrmaov və komandası 16 yaşdan yuxarı qadınlar və kişilər üzərində təcrübələr aparıb. Sonda məlum olub ki, kişilər rənglərin tonlarını qadınlar qədər ayırd edə bilmir. Buna görə də qadınlarla müqayisədə kişilərdə göz xəstəliklərinə daha çox rast gəlinir.
Göz ağrısından isə ən çox avtomobil sürən və komputer qarşısında oturan kişilər şikayətlənir. Bunun əsas səbəbi onların fasiləsiz olaraq eyni istiqamətə baxmasıdır.
Oxucularımız arasında ofis işçilərinin və hər gün avtomobil idarə edənlərin kifayət qədər olduğunu nəzərə alaraq indi sizə bu problemi aradan qaldırmağın bir neçə üsulunu təqdim edirik:

• Göz üçün ən faydalı qida A, B, C, D vitaminləri zəngin olan ərzaqlardır. Buna görə qida rasionunuza bu ərzaqlardan mümkün olduğu qədər çox əlavə etməyə çalışın.
• Təzə kəsmiyi tənzifin arasına yığıb, gözün üstünə qoyun, təxminən 20-25 dəqiqə saxlayın.
• Balı suya qatıb qarışdırın, 2 saat saxlayın. Gün ərzində 3 dəfə olmaqla gözünüzü bu məhlulla silin. Bu göz qızartılarını, sulanmanı aradan qaldıracaq.
• Görmə qabiliyyətini gücləndirmək üçün gündə 30 qram zəncəfil arağı için.


Tarix: 07.01.2015 / 11:59 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Həkim baba
loading...