Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi həyat infarkt üçün təhlükəli deyil

İnsan həyatı üçün təhlükəli xəstəliklərdən biri də infarktdır. Adətən bu xəstəlikdən sonra insanlar günlük yaşamlarında müəyyən dəyişikliklər etmək, özlərinə müəyyən sərhədlər qoymaq məcburiyyətində qalırlar. İnfarkt keçirən insanları düşündürən məsələlərdən biri də bundan sonrakı cinsi həyatları olur. Çünki çox vaxt ətrafdan intim münasibətin yenidən infarkt keçirmə riskini artırdığı fikrini eşidirik. Biz də elə məqaləmizdə bu mövzuya diqqət çəkməyə çalışacağıq. İnfarktdan sonra cinsi həyatımızı necə dəyişməliyik?
Mütəxəssislərin sözlərinə görə, bu xəstəlik heç də intim münasibətin bütünlüklə yekunlaşması, sona çatması demək deyil. Lakin ürək, damar xəstəliklərindən əziyyət çəkənlər cinsi həyatlarına daha həssas yanaşmalıdırlar. Bundan sonra xəstələr intim münasibətlərində ani hərəkətlər etməməli, passiv mövqelər seçməli və həftədə ən çox 2-3 dəfə cinsi əlaqədə olmalıdırlar. Eləcə də seksoloqların fikrincə, cinsi aktivliyini daha da artırmaq istəyən infarkt xəstələri hətta viaqradan belə istifadə edə bilərlər. Bu zaman xəstələrin yeganə diqqət etməli olduğu məqam təzyiq dərmanları ilə birlikdə viaqradan istifadə etməməkdir. Əgər təzyiqi yüksək olan xəstə viaqra qəbul etmək istəyirsə, ondan 24 saat əvvəl və sonra təzyiq dərmanından istifadə etməməlidir. Qısacası, infarkt sizin cinsi həyatınızı bütünlüklə bitirməyinizi deyil, sadəcə daha ehtiyyatlı olmağınızı “tələb edir”.


Tarix: 07.01.2015 / 11:56 Müəllif: Aziza Baxılıb: 51 Bölmə: Həkim baba
loading...