Bu və ya digər şəkildə həyatımıza daxil olan texnologiya işlərimizi asanlaşdırmaqla yanaşı səhhətimizə də mənfi təsir edir. Bu mövzu xüsusən son günlər aktuallaşmağa başlayıb. Səbəb isə təbii ki, gündən-günə yeni texniki vasitələrin bazara çıxarılması və bu vasitələrdən yalnış istifadədir.
İngiltərədə aparılan bir araşdırmaya görə, hər 10 gəncdən 9-u yatmazdan əvvəl müxtəlif məqsədlər üçün mobil telefonlardan və tabletlərdən istifadə edir. Araşdırma nəticəsində həmçinin məlum olub ki, bu gənclər axşamlar ən çox 7 saat yata bilirlər. Bunun səbəbi isə texniki vasitələr və onların yaydığı şüaların yuxu gətirən melatonin hormonunu aşağı salmasıdır.
Bu nəticəyə gəlmək üçün 28 milyon insan üzərində təcrübə apardıqlarını bildirən Hertfordshire Universitetinin professoru Richard Wiseman mövcud vəziyyətin tibb sahəsində həddən artıq dərəcədə narahatlıq doğurduğunu bildirib.
Bu gün insanlardan 78%-i yatmazdan əvvəl elektronik cihazlardan istifadə edir, 18-24 yaş arası qruplarda isə bu göstərici 91 %-dir.
Mütəxəssislərin sözlərinə görə, yaş qruplarına uyğun olaraq insanların yuxuya olan olan tələbatı da dəyişir. Məsələn, yetişkin insanlar üçün gün ərzində yuxu vaxtı 7-8 saat, gənclər üçün isə 9 saatdır.
Eyni zamanda avtomoloqların sözlərinə görə, uzun müddət eynəksiz telefondan istifadə edilməsi gözlər üçün olduqca təhlükəlidir. Çünki bu zaman telefondan yayılan bənövşəyi şüalar birbaşa olaraq göz bəbəyinə təsir edir. Bu isə zaman keçdikcə görmə qabiliyyətinin zəifləməsinə səbəb olur.
Gün ərzində digər yexniki vasitələrlə müqayisədə daha çox istifadə etdiyimiz mobil telefonların yaydığı elektromaqnit şüalar isə DNT-yə mənfi təsir göstərir. Bu isə insanlarda cinsi istəyi aşağı salır. Buna görə də mütəxəssislər daha sağlam cinsi həyat yaşamaq istəyənlərə mobil telefonlardan yalnız vacib lazım olduğu zaman istifadə etməyi tövsiyyə edirlər.
Tarix: 07.01.2015 / 11:53 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Həkim baba