Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən çox istifadə edilən pəhrizlər

Dukan pəhrizi
Professor Pierre Dukanın hazırladığı bu metod 2011-ci ilin ən məşhur və faydalı pəhrizi seçilib. Əsasən protein baxımından zəngin olan bu pəhriz dörd mərhələdən ibarətdir.
İlk 10 gün ərzində 100 fərqli qidadan istədiyiniz qədər yeyib beş kilo arıqlamağınız əsas hədəfdir. İkinci mərhələdə 68 fərqli, yüksək zülallı qida, üçüncü mərhələdə 32 müxtəlif növ tərəvəz qəbul edirsiniz. Son mərhələdə isə taxıl məhsulları və pendirlə qidalanırsınız. “The Academy of Nutrition and Dietetics” jurnalının məlumatına görə, bu dietin faydasını görmək üçün 2 ay kifayət edir.

Michael Phelps pəhrizi
2012-ci ilin haqqında ən çox danışılan pəhrizlərindən biridir. Həmin tarixdə keçirilən Olimpiada oyunlarında qızıl medal qazanan üzgüçü Phelps də bu pəhrizdən istifadə etdiyini bildirmişdi. Bu metodun digərlərindən əsas fərqi gündə 12.000 kalori almaq şansınızın olmasıdır. Bu proqramla gündə üç dənə yumurtalı buterbrod, üç şokoladlı şirniyyat və beş omlet yeyə bilərsiniz, amma Phelpsin bu pəhrizi hər kəsə uyğun deyil.

Paleo pəhrizi
2013-ci ilin ən çox istifadə olunan pəhrizi seçilən bu metodun əsas hədəfi ovçu babalarımız kimi bəslənərək xərçəng, diabet və ürək xəstəliklərindən qorunmaqdır. Bunun üçün süd məhsulları, kartof, taxıl və paxlalılardan uzaq dayanmağınız lazımdır. Babalarımız kimi ət, dəniz məhsulu, yumurta, meyvə, tərəvəz istifadə əsas, çərəzlər isə sərbəstdir. Zülal və yağ cəhətdən zəngin, karbonhidrat cəhətdən zəif olan bu pəhriz, amerikan qidalanma mütəxəssisləri tərəfindən tövsiyyə edilir.


Tarix: 07.01.2015 / 12:00 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Həkim baba
loading...