Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayaq qoxusuna qarşı təbii vasitələr

Ayaq qoxusu əksər kişiləri narahat edən əsas problemlərdəndir. Biz mümkün olduğu qədər ətrafdakılardan bu problemimizi gizlətməyə çalışırıq, amma xəbəriniz oldun ki, bu heç də təhlükəli xəstəlik deyil. Biz hətta ev şəraitində hazırlayacağımız təbii vasitələrlə də asanlıqla bu narahatlıqdan qurtula bilərik. Bu dəfəki məqaləmizdə də elə bu vasitələr haqqında danışmaq istəyirik.

Karbonat
Gündəlik mətbəxdə istifadə etdiyimiz natrium dikarbonat ayağımızda xoşagəlməz qoxu yaradan bakteriyaları yox etmək qabiliyyətinə malikdir. Bunun üçün corablarınızı geyinmədən öncə içinə bir az karbonat tökməyiniz və ya hər axşam ilıq suya 1 qab karbonat töküb 15-20 dəqiqə müddətində ayaqlarınızı bu suda saxlamağınız məsləhət görülür.

Lavanda Yağı
Lavanda yağı yalnız gözəl qoxmur, o eyni zamanda bakteriyalara qarşı effektiv təsir göstərir. Bu bitki yağı həmçinin ayağınızda yaranan göbələyin də inkişafının qarşısını alır. Bunun üçün gündə iki dəfə corabınızı dəyişərkən ora bir neçə damcı lavanda yağı tökməyiniz lazımdır.

Maqnezium duzu
Maqnezium duzu da ayaq qoxusunun qarşısını almaqda çox təsirlidir. İlıq suya 2 qaşıq maqnezium duzu əlavə edin və ayaqlarınızı 15-20 dəqiqə bu suda saxlayın. Bunu yatmazdan öncə etsəniz, daha effektiv nəticə əldə edərsiniz.

Çay
Çayın içərisində olan maddələr ayaq qoxusunun və tərləməyin qarşısını alır. Üç stəkan suya üç qaşıq quru çay tökərək qaynadın. Sonra suyu soyutmaq üçün ora bir az soyuq su əlavə edib, ayağınızı bu suda 20-30 dəqiqə saxlayın.

Sirkə
Ayaq qoxusuna qarşı alma sirkəsindən başqa hər növ sirkədən istifadə edə bilərsiniz. Sirkəni isti su ilə qarışdıraraq ayağınızı bu suda 5-10 dəqiqə saxlayın. Sonda sirkə qoxusundan quurtulmaq üçün isə ayaqlarınızı sabunla yaxşıca yuyun.

Zəncəfil
Zəncəfil kökündən püre düzəldib bir stəkan isti suda 10-15 dəqiqə gözlədin. Daha sonra onu süzüb ayaqlarınızı bu maye ilə masaj edin. Efektiv nəticə üçün bu əməliyyat iki həftə boyunca hər gün təkrarlayın.


Tarix: 07.01.2015 / 11:44 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Həkim baba
loading...