Həkimlər sağlamlıq üçün daim yuxunun faydasından, onun insan orqanizminə olan xeyrindən danışırlar. Çoxumuzun hələ də bu məsələyə diqqətsiz yanaşmağımızın səbəbi bəlkə də yuxusuzluğun yol açdığı fəsadlar barədə geniş məlumatımızın olmamasıdır. Elə buna görə də bu dəfə sizə bu vərdişin sağlamlığımız baxımından yarada biləcəyi problemlərdən danışmaq istəyirirk.
Mütəxəssislərin fikrincə, yuxusuzluq bütün gün ərzində yorğun, əsəbi görünməyimizə səbəb olduğu kimi həm də beynin tez qocalmasına, zamanla bütün funksiyalarını itirməsinə şərait yaradır. Bu fikirlər uzun müddət davam edən təcrübələrdən sonra öz təsdiqini tapıb. ABŞ da mütəxəssislər tərəfindən aparılan bir araşdırmada ortalama yaşları 76 olan 2820 şəxs iştirak edib. Bu insanların bir gün yuxusuz qalmasının onların beynində hansı dəyişikliklərə səbəb olması müşahidə edilib. Müşahidələr nəticəsində belə qənaətə gəlinib ki, bir gün yuxusuz qalmaq beyinə başa endirilən ən güclü zərbədən daha təsirli nəticə göstərir. Bu hal bir neçə gün davam etdikdə başın həddindən artıq ağrıması da məhz bunun nəticəsidir.
Araşdırmaçıların fikrincə, bu cür xəstəliklərdən əziyyət çəkənlərdə üç il ərzində beyinin fəaliyyəti zamanla zəifləməyə başlayır. Bunun nəticəsində yaddaş itkisi və konsentrasiya əskikliyi meydana gəlir.
Mütəxəssislərin fikrincə, bu kimi problemlərlə rastlaşmamaq üçün uzunmüddətli yuxu ilə yanaşı, həm də rahat yatmaq lazımdır.
Yuxunun digər bir faydası isə ondan ibarətdir ki, biz yuxuda olarkən beyin özünü zəhərli maddələrdən təmizləyir. Buna görə də uzunmüddətli yuxu insanın daha gümrah, sağlam olmasına şərait yaradır. Yuxusuzluq isə beyin funksiyalarının daha da ləngiməsinə və onun 5 ilə qədər daha tez yaşlanmasına səbəb olur.
Tarix: 07.01.2015 / 11:57 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Həkim baba