Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağız xərçənginə kişilərdə daha çox rast gəlinir

Baş-beyin bölgəsində dəri xərçəngindən sonra təhlükəli hesab edilən əsas xəstəliklərdən biri də ağız xərçəngidir. Qadınlarla müqayisədə adıçəkilən xəstəliyin kişilərdə yaranma ehtimalı iki dəfə artıqdır. Bunun əsas səbəbi isə alkoqollu içkilər və siqaretdir. Bundan əlavə mütəxəssislərin fikrincə, diş çürüməsi və diş əti xəstəlikləri də bu xəstəliyə tutulma ehtimalını daha da artırır. Düzgün müalicə edilmədiyi halda isə xəstəlik ölümlə nəticələnir. Hər il dünyada 40-a yaxın insan ağız xərçənginə tutulur ki, onların 12 mini ya özlərinin, ya da həkimlərin məsuliyyətsizliyi ucbatından həyatlarını itirirlər. Bu xəstəlik kişilərdə əsasən 40-45 yaşından sonra özün biruzə verir. Həkimlərin sözlərinə görə, bu cür xəstəlilərdən sığortalanmaq üçün müntəzəm olaraq dişləri, ağızı təmiz saxlamaq lazımdır. Ağızda 2-3 həftədən daha gec zaman ərzində sağalan yaralar, üzdən də hiss edilə bilən şişlər, ağız boşluğunda hər hansısa bir bölgənin sərləşməsi kimi hallar ağız xərçənginin ilk işartılarıdır. Bu zaman yaraların qanamasını gözləmədən həkimə müraciət etmək mütləqdir. Bu xəstəliyin yaranmasına şərait yaradan əsas səbəblər içərisində spirtli içki və siqaret çəkmək, eləcə də ağız nahiyəsinin həddən artıq günəş işığına məruz qalması liderlik edir.
Ümumiyyətlə siqaret çəkən insanlarda getdikcə xoşagəlməyən ağız qoxusunun yaranmsının əsas səbəblərindən biri onun zamanlara dişlərə təsir edib onları içdən zəiflətməsidir. Elə bunun nəticəsidir ki, siqaret çəkən kişilərin dişləri daha tez tökülür. Siqarət çəkmək ağız xərçənginə tutulma ehtimalını 10 dəfə artırır.


Tarix: 07.01.2015 / 11:58 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Həkim baba
loading...