Bunları etsən, o qız səndən qaçacaq
Çox vaxt qızlar facebookda zəhlələrini tökən oğlanlardan şikayətlənirlər. Bu şikayətlərin səbəbi isə müxtəlif olur: onları facebookda izləyirlər, hər iki dəqiqədən bir yorulmadan dürtmələyirlər, az qala profillərindəki bütün informasiyanı əzbərləyirlər və daha nələr, nələr. Ancaq unutmayın ki, bu qız kim olur olsun, yuxarıda sadalanan hərəkətlərin hansınısa ona qarşı etsəniz, “facebookdakı o qəribə oğlan” statusunu qazanacaqsınız. Üstəlik, sizin bu statusunuz qısa bir zamanda qızın çoxsaylı dost-tanışları arasında da yayılacaq. Bu isə facebookda sizin heç də xoş olmayan imicinizin yaranmasına səbəb olacaq.
1. Profilindəki hər xırda detalı əzbərləmək
Oğlanların buraxdığı ən böyük səhvlərdən birincisi qızın facebookda paylaşdığı şəxsi informasiyanın hər detalını əzbərləməkdir : onun maraqlarını, sevdiyi mahnıları, kinoları- bir sözlə, paylaşdığı hər şeyi. Birincisi, əgər onun facebook informasiyasının hər millimetrini əzbərləyəcəksinizsə, artıq onu real həyatda tanımağa marağınız qalmayacaq. Üstəlik, əgər o bilsə ki, siz onun haqqında hər şeyi bilirsiniz, sizinlə nəinki yaxınlaşmağa, hətta danışmağa belə qorxacaq.
2. Real həyatda onu tanımadan dostluq göndərmək
Qonaqlıqda gördüyünüz və ya biryerdə oxuduğunuz qızdan xoşunuz gəlir, ancaq onunla kəlmə belə kəsməmisiniz? Bu vaxt o dəqiqə düşünəcəksiniz ki, facebookda dostluq göndərim və beləcə tanış olum. Bundan asan nə ola bilər ki? Sizə pis xəbərimiz var. Əgər belə düşünürsünüzsə, tamamilə səhv fikirdəsiniz. Hər şeydən əvvəl, facebookun əsas qanunlarından biri də odur ki, tanımadığın insana dostluq göndərmək olmaz. Qızla tanış olmaq istəyirsinizsə, zəhmət çəkib ona real həyatda yaxınlaşın. Əks halda aranızda çox qəribə, mənasız münasibət yaranacaq və yaxud ümümiyyətlə heç bir şey yaranmayacaq.
3. Onun bütün şəkillərini gözdən keçirmək
Çox gümanki, onun şirin siması və gözəl bədəni var, ancaq bunlar onun bütün şəkillərini “like” etməli olduğunuz mənasını vermir. Unutmayın ki, əgər o sizin onun xarici görünüşünə bu qədər maraq göstərdiyinizi bilsə, sizdən uzaqlaşa bilər. Üstəlik, onun şəkillərinə “daha fərasətli” dostlarınızın yanında baxırsınızsa, əmin olun ki, sizin potensial sevgiliniz əlinizdən getdi.
4. Onun profilini brouzerin (məs. opera) yaddaşında saxlamaq
Əgər belə bir metoda əl atırsınızsa, deməli siz dəqiq bir abunəsiniz. Görün, siz qızın profilinə nə qədər baxırsınız ki, artıq hər dəfə onu axtarmağa ərinirsiniz. Bu hərəkətiniz özünüzə də qəribə gəlmir ? Həm də təsəvvür edin ki, həmin qızla görüşürsünüz və o sizin komputerinizdə öz əlfəcinlənmiş (yaddaşda saxlanılmış) profilini görür. Ən pis halda isə başqa bir qızla görüşməyə başlamısınız və o sizin komputerinizdə başqa bir qızın yaddaşda saxlanılmış profilini görür. Təsəvvür etmək belə qorxuludur!
5. Hər iki dəqiqədən bir onu “dürtmələmə”!
Dürtmələyərək qızın fikirini özünüzə cəlb edə bilərsiniz, ancaq bunu tez-tez etsəniz, onun sadəcə zəhləsini tökməyi bacaracaqsız. Sadəcə gözləyin ki, o özü sizi cavab kimi “dürtmələsin”. Əgər bunu etməsə, deməli, onu yenə dürtmələməyə dəyməz.
6. Onun səhifəsinə yazan hər bir oğlanın arxasınca düşməyin.
Bir qızla hələ görüşmürsünüzsə, məntiqi olaraq başqa oğlanların onun səhifəsində yazmaları sizi təəccübləndirməməlidir. Buna öyrəşin! Əgər qız gözəl, xoşagələndirsə, ümumiyyətlə qısqanclığa heç bir əsas yoxdur. Çünki, onsuzda dostluğunda olan, ya da olmayan hər bir oğlan onun diqqətini cəlb etmək istəyir. Amma buna görə narahat olmağa və özgüvəninizi itirməyə dəyməz. Axı, onlar yalnız həmin qıza təsir etmək üçün öz “istedadlarını” püxtələşdirirlər. Onsuzda qız gec-tez onların necə saxta olduqlarını görəcək. Siz nə olur olsun, özünüz kimi qalın. Onsuzda “əsl siz” i sevməyən insanla sona qədər davam edə bilməyəcəksiniz.
7. Ona sevdiyinizi facebookda deməyin
Əgər bir qıza aşiq olmusunuzsa, sevdiyinizi ona facebookda deməyin. Hətta bunu ağlınızın ucundan belə keçirməyin. Sevginizi onlayn etiraf etmək, qarşı tərəfdən “get işinlə məşğul” cavabını almaq üçün yalvarmağa bənzəyir.
Tarix: 06.01.2015 / 18:51 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Gəl, tanış olaq