Biri ilə münasibət qurarkən, bunun əsil sevgi yoxsa, adi xoşa gəlmək olduğunu anlamaq bir az vaxt alır. Bəzən isə sonda qərarımızda yanıldığımızı düşünürük. Bunlar haqqında çox düşünməmək üçün əvvəlcə sevginin nə demək olduğunu, necə bir hiss olduğunu anlamaq lazımdır. Elə buna görə də, əziz kişilər, bu dəfə sizə münasibətinizin sevgi, yoxsa keçici bir hiss olduğunu ayırd etməyiniz üçün məqalə təqdim edirik. Əgər siz aşağıda sadladıqlarımızı öz münasibətinizə aid edirsinizsə, təbriklər, deməli, sevgi qapınızı döyüb.
1- Ona “Səni sevirəm” deməkdən yorulmursunuzsa;
2- Daim onun qarşısına baxımlı formada çıxmaq istəyirsinizsə;
3- Hər halınızla sizi çox bəyəndiyini deyirsə;
4- Köhnə sevgiliniz ağlınıza gələndə onu yad bir insan kimi xatırlayırsınızsa;
5- İçkili olduğunuz zaman belə sevgilinizə başqa qızların adı ilə müraciət etmirsinizsə;
6- Əvvəllər sizə maraqsız gələn bir əyləncə növündən onunla birlikdə olarkən hədsiz zövq alırsınızsa;
7- Onunla birlikdə alış-veriş etmək sizin üçün maraqlıdırsa;
8- Geyindiyiniz geyimlərin zövqünüzə nə qədər uyğun olduğunu düşünməzdən əvvəl, bunun onun xoşuna gəlib gəlməyəcəyi haqda düşünürsünüzsə;
9- Onunla olan münasibətinizin nə vaxtsa sona çatacağı haqqında düşünmürsünüzsə;
10- Ətrafınızda nə qədər insan olsa da, onlar sevgilinizin yerini doldura bilmirsə;
11- Hətta çox önəmli bir iş görüşündə belə onun haqqında düşünürsünüzsə;
12- Ən mənasız sözləri olan sevgi mahnıları belə artıq sizə mənalı görünürsə;
13- Ətrafdakılar sizin daha anlayışlı, daha pozitiv insana çevrildiyinizi deyirsə;
14- Saç formanızı az da olsa, dəyişdirdiyiniz zaman o bunu hiss edirsə;
15- Evlənməzdən əvvəl artıq gələcək uşaqlarınızın adını belə planlaşdırmısınızsa;
16- Onun üzünü güldürmək sizin üçün xoşbəxtliklərin ən böyüyüdürsə;
17- Tətilə getdiyiniz zaman o yanınızada olmadığı üçün tətilin tez bitməyini istəyirsinizsə;
18- Hər hansısa bir məslə haqqında onun fikri 100 tanışınızın bu barədəki münasibətindən daha üstündürsə;
19- Bütün yaxın dostlarınızın onu tanımasını istəyirsinizsə;
20- Dostlarınızla getdiyiniz hər yeni, maraqlı məkana gələn səfər onunla gəlmək haqqında düşünürsünüzsə;
21- Yorğun olduğunuzda onunla danımaq belə sizi rahatlandırırsa;
22- Nə qədər gizlətməyə çalışsanız da, bu gün əhvalınızı korlayan bir hadisənin baş verdiyini üzünüzdən, səsinizdən anlayırsa;
23- Ürəyiniz sıxıldığında səbəbini bölüşəcək ən yaxın sırdaşınız odursa;
24- O xəstə olduğu zaman yemək bişirmək, ev təmizlək, hatta paltar ütüləməyə də razısınızsa;
25- Onunla keçirdiyiniz hər gün sizin üçün ən maraqlı bayramlardan belə daha qiymətlidirsə;
26- Onunla bağlı, münasibətinizlə bağlı bir problem olduğu zaman bunu başqaları ilə bölüşməkdənsə, sevdiyinzlə paylaşmağa üstünlük verirsinizsə;
27- Pula ehtiyacınız olduğu bir vaxt hətta notebookunu satacaq qədər fədakarlıq göstərirsə;
28- Sizin ondan başqa da bir həyatınız olduğunu, dostlarınızla da vaxt keçirməyə haqqınız olduğunu qəbul edirsə;
29- Gecə yarısı yalnız sizi sevdiyini demək üçün zəng edirsə;
30- Birlikdə yaşamağınıza, hər gün bir-birinizi görməyinizə baxmayaraq, hər görüşdə sizə daha gözəl görünməyə çalışırsa;
31- Heç sevmədiyi halda oturub sizinlə futbol izləyirsə;
32- Heç sevmədiyiniz halda onunla seriala baxmağa belə razılaşırsınızısa;
33- Hər gecəni dostlarınız ilə klubda keçirməkdənsə, onunla evdə tv izləmək sizin üçün daha maraqlıdırsa.
Unutmayın ki, bunlar sevginin göstəricilərinin yalnız çox kiçik bir hissəsidir. Sevgini tam formada izah etmək mümkün deyil, onu yaşamaq lazımdır.
Tarix: 06.01.2015 / 18:38 Müəllif: Aziza Baxılıb: 175 Bölmə: Gəl, tanış olaq