Qadını kişinin gözündə cazibədar edən bir neçə xüsusiyyət var. Ancaq, əziz kişilər, bir xanımla uzunmüddətli münasibət qurmaq istəyirsinizsə, bundan sonra həm də onun səsinə diqqət yetirməyə çalışın. Psixoloqların apardığı bir araşdırma sübut edib ki, insanların səsləri, daha dəqiq desək, səs tonları onların münasibətdə nə qədər sadiq olmalarından xəbər verir.
Aparılan araşdırmalar belə deməyə əsas verir ki, səs tonu aşağı və incə olan kişilər daha çox aldadır. Bunun əksinə olaraq, incə səs tonuna sahib qadınlar, yüksək səsli qadınlara nisbətən daha etibarlı hesab edilirlər. Bəs, bunun səbəbi nədir?
Bu araşdırmalara rəhbərlik edən Jillian O’Connor bunun səbəbini belə izah edir: “Yalnızca bu təcrübə nəticəsində əldə edilən nəticələrə deyil, ümumən qadın və kişi münasibətlərinə nəzər salsaq görərik ki, səsi daha ürəyəyatımlı olan insanlar qarşı tərəfə daha çox xəyanət edirlər. Qadınlar üçün yüksək, kişilər üçün isə nisbətən alçaq səs tonu daha cazibədar hesab edilir”.
Psixoloq Prof. David Feinberg isə mövzu ilə əlaqədar müsahibə verərkən fikirlərini tibbi cəhətdən əsaslandırıb: “ Testesteron səviyyəsi yüksək olan kişilərin səsləri daha incə olur. Qadınlarda isə ostrojen səviyyəsi nə qədər yüksəkdirsə, səs də bir o qədər gur olur”.
Qeyd edək ki, kişilərdə testesteron, qadınlarda isə ostrojen əsas cinsi aktivlik hormonu hesab edilir.
Buna görə də, əziz kişilər özünüzə tərəf müqabili seçərkən bu məqamı da diqqət önündə saxlayın.
Tarix: 06.01.2015 / 18:14 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Gəl, tanış olaq