Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər yuxuda daha çox köhnə sevgililərin görürlər

“Daily Mail” qəzeti kişi və qadınların yuxuları ilə bağlı aparılan bir araşdırmanın nəticələrini açıqlayıb. Adı çəkilən araşdırmanın yekunlarına görə, qadınlar yuxularında daha çox ailələrini, sevgililərini, uşaqlarını gördükləri halda, hər dörd kişidən biri yuxusunda köhnə sevgilisini görür. 2000 ingilisin iştirak etdiyi anket sorğuya əsasən, yuxusunda köhnə sevgilisini gördüyünü deyən kişilərin 85%-i hazırkı münasibətlərindən razı deyillər.
Sorğu nəticəsində məlum olan maraqlı faktlardan biri də odur ki, kişilər yuxularında həyat yoldaşlarından, sevgililərindən daha çox başqa qadınları görürlər. Üstəlik bu qadınlar sırasına onların köhnə sevgililərindən əlavə iş yoldaşları, həmişə getdikləri kafedə, mağazada işləyən o cazibədar qadın, hətta qaynanaları, baldızları da daxildir. Yəni, əziz xanımlar, təəssüflə bildirməliyik ki, siz axşam bir yastığa baş qoyduğunuz kişinin gecə yuxusunda da sizi görəcəyinə inandığınız halda reallıq başqa cürdür.
Bunun əksinə olaraq qadınlar arasında keçirilən sorğu nəticəsində isə məlum olub ki, onların böyük əksəriyyəti röyasında daha çox sevgililərini, həyat yoldaşlarını, onların ailəsini və uşaqlarını görürlər. lakin bunlarla yanaşı qadınların 20%-i çox hallarda yuxuda heç vaxt qarşılaşmadıqları insanları gördüklərini də bildiriblər. Amma kişilərdən fərqli olaraq qadınların yuxuda gördüyü bu insanlar heç də həmişə qarşı cinsin nümayəndələri olmur.


Tarix: 06.01.2015 / 18:35 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Gəl, tanış olaq
loading...