Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rusiya İmperiyası

Rusiya İmperiyası (rus. Российская империя) — 1721-ci ildən başlamış Rus dövləti. 1917-ci ildə republikaya çevrildi. Onun varisi SSRİ hesab olunur. İmperiyanın paytaxtı 1721-1728-ci illərdə Sankt-Peterburq, 1728-1730-cu illərdə Moskva, 1730-1917-ci illərdə isə yenidən Sankt-Peterburq olub
Əhalisi

XVII əsrdə ruslar bu günlər olduğu kimi öz dili ilə fərqlənən xalqların qarışığı idi. Bunlar əsasən böyük hind-avropa dil qrupunun slavyan ailəsinə məxsus idilər. Velikoruslar və moskovitlər Moskva ətrafında yaşayırdılar. Onlar şimal meşələrinə nüfuz edib çoxlu fin və digər aborigen tayfaları assimilyasiya etmişdilər. Qara dəniz sahili həmin vaxtadək Türkiyənin himayəsində olan tatar xanlarını əlində idi. Tatarlarla ruslar arasındakı sərhəd torpaqlarında yarımmüstəqil kazaklar yaşayırdılar, onlar əsasən miqrasiya edən ruslardan əmələ gəlmişdilər. Moskvanın qərbində beloruslar, cənub-qərbində isə maloruslar və ya ukraynalılar yaşayırdılar. Onların hər ikisi XVII əsrdə Polşanın hökmranlığı altında idi. O vaxtlar Polşa Avropada aparıcı slavyan dövləti idi.


Tarix: 05.03.2013 / 13:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Dunya ve tarixi
loading...