Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bao

Bao - hun qəbilə başçısı idi. Çinlilər Hun imperiyasını işğal etdikdən və Huçuquanı öldürdükdən sonra imperiyanı qəbilələrə böldü və bu qəbilələrin beşinin başçılığına şanyü Yufuluonun oğlu Bao gəldi. Digər beşi isə Kubeyin hakimiyyətinə verildi. Bao əvvəllər vəliəhd idi və şanyü olmalı idi. 35 il başçılıq edərək ən uzun hakimiyyət sürən insanlardan oldu. Bao Çindəki vətəndaş müharibəsi vaxtı özünü imperator elan etmiş və Xan sülaləsini devirmiş Tsai Tsaonun qohumlarından biri olan Tsai Yanı oğurladı və ondan Yuan və Hsüan adlı övladları oldu. 260-cı ildə başçılıqdan imtina etdi və onun qəbilələrinin başçılığına qardaşı Kubey keçdi.


Tarix: 02.03.2013 / 17:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: Dunya ve tarixi
loading...