III Mehmed — Osmanlı sultanı
III Muradın oğludur, 1566-cü ildə anadan olub. 1583-cü ildə Manisa bayrağı qubernatorluğuna təyin edildi.1595-ci ildə atasının vəfatı üzərinə Osmanlı taxtına çıxdı. III Mehmed taxta çıxdığında Osmanlı Dövləti ilə Avstriya arasındakı hərb bütün şiddəti ilə davam edirdi. Bu vaxt papanın təşviqi ilə Osmanlı Dövlətinə tabe olan Ərdəl, Əflak və Bogdan üsyan etdilər. III Mehmed şəxsən ordusunun başında Avstriya səfərinə çıxdı. 12 oktyabr 1596da Əyri qalası geri alındı. Haçovada Avstriya ordusu məğlub oldu. Bundan sonra Kanijə qalası alındı. 1601-ci ildə Avstriyalıların qalanı geri almaq üçün elədikləri hücumlar, Tiryaki Hasan Paşanın uğurlu müdafiəsi qarşısında bir nəticə vermədi. Sonra Əstərgon qalası alındı. Ərdəl, Əflâk və Bogdan təkrar Osmanlılara qatıldı. 1606-cı ildə Avstriya ilə Zitvatoruk anlaşması imzalandı. Əyri, Kanijə, Uyvar Osmanlılara keçdi.
Cəbhədəki hərblər davam edərkən kədərindən xəstələnən III Mehmed, 1603-cü ildə vəfat etdi.
Tarix: 03.03.2013 / 16:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Dunya ve tarixi