Sultan V Mehmed Rəşad (1909-1918)
Abdülməcidin oğludur. 1844-cü ildə anadan olub. 1890 ildə ingilislərin köməyiylə qurulan və sultan aleyhdarı türk, rum, erməni, arnavud, yəhudi, bolqar, serb və yunan şəbəkələri tərəfindən dəstəklənilən İttihat və Tərəqqi Cəmiyyəti, 1909-cu ildə Sultan Abdulhəmidi taxtdan endirdilər və yerinə əllərində oyuncaq olan V Mehmed Rəşadı keçirdilər. Dövlət idarəsinə tamamilə hakim olan İttihatçılar istədikləri kabineti iş başına gətirirlər, istəmədiklərini isə vəzifədən uzaqlaşdırırdılar. Sultan Abdulhəmid tərəfdarı deyərək bir çox adamı edam etdirdilər. Hər kəs ölüm və həbs qorxusu içinə yaşayırdı. Hər vilayətdə zalımlar, üsyankarlar meydana çıxdı. Bunun nəticəsi olaraq Albaniyada üsyan hərəkatları başladı. İttihat və Tərəqqi mənsubları, Mahmud Şövkət Paşanın rəhbərliyi altında böyük bir ordunu Albaniyaya göndərmələrinə və bir çox qan tökülməsinə baxmayaraq, üsyanı yatırtda bilmədilər. Sultan Rəşad 16 iyun 1911-ci ildə Kosovaya getdi. Beş yüz min il əvvəl babası Muradı Hüdavendigarın zəfər qazandığı yerdə, yüz min arnavud ilə cümə namazı etdi. Sakitliyi təmin etdi. Mahmud Şövkət Paşanın iyirmi iki batalyonla edə bilmədiyini, Sultan Mehmed Rəşad bir gövdə nümayişi ilə təmin etdi.
Balkan millətləri arasında ixtilaf qalmadığından, Osmanlı Dövləti əleyhinə asanca birləşdilər. Bu birləşmə bir müddət sonra, 8 oktyabr 1912-ci ildə Balkan hərbini başladı. Məmləkəti müdafiəsinə vaxt tapa bilməyən komandirlərin əlində qalan Osmanlı Orduları, Karadağ, Bolqarıstan, Yunanıstan və Serbiya qarşısında məğrubiyyətə uğradılar. 30 may 1913-cü ilə qədər davam edən döyüş sonunda, Osmanlı Dövləti, Yenipazar, Libya, Girit, Rodos, Onikiada, Albaniya, Epir və Trakyayı itirdi. Ədirnə də Balkan dövlətləri əlinə düşsə də, müttəfiqlər arasında ixtilafdan faydalanılaraq geri alındı. Afrika qitəsi ilə əlaqə kəsildi. Osmanlıların Avropada çox kiçik bir torpağı qaldı.
Birlik və Tərəqqinin cahil idarəçiliyi nəticəsində Osmanlı Dövləti, Sultanın xəbəri olmadan bu dəfə dünyanın super dövlətlərinə qarşı Almaniya tərəfindən Birinci Dünya Müharibəsinə qatıldı (11 Noyabr 1914). Dörd il sürən bu müharibədə Osmanlı İmperatorluğu xeyli torpaq itirildi. Sultan Mehmed Rəşad, məmləkətin düşdüyü vəziyyətin iztirabı içərisində 3 iyul 1918-ci ildə vəfat etdi.
Tarix: 03.03.2013 / 16:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 331 Bölmə: Dunya ve tarixi