Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Bəyazid

II Bəyazid — Osmanlı sultanı.

Amasyada valilik vəzifəsində olan zaman atası Fatih Sultan Məhəmmədin vəfatı zamanı (1481) İstanbula gələrək padşah oldu. Qardaşı Cem Sultan onun padşahlığını qəbul etmədi ve üsyan etdi. Taxt üstündə davada məğlub olan Cem sultan Rodos Adasındaki Sen Jan şovalyelerinə iltica etdi. Daha sonra Avropaya göndərildi. İtaliyanın Neapol şəhərində vəfat edən Cem Sulatanın cənazəsi daha sonra Bursaya gətirildi.

II Bəyazid, Boğdan səfərinə çıxdı və Qaradəniz qırağında Kili və Akkerman qalalarını fəth etdi. Daha sonra Mora yarımadasında Venediklilərin əlində olan İnebahtı Modon Koron və Navarin qalaları fəthedildi. İspaniyadakı son müsəlman dövlət olan Beni Ahmer Dövlətinin 1492-ci ildə yıxılmasından sonra II Bəyazid buradakı Müsəlman və Yəhudiləri qurtarmaq için Kemal Reis vəzifəsinə qoydu. Kemal Reis minlərcə Müsləman və Yəhudini Şimali Afrika ilə Osmanlı torpaqlarına köçürtdü. Yəhudilər 1992-ci ildə türk torpaqlarına gəlmələrinin 500-cü ilini qeyd etdilər.

II Bəyazid dövründə böyük fəthlər olmadı çünki qardaşı Cem Sultan Avropalıların əlindəydi. Onun dövründə şəhərlər abad edildi. Bu gün İstanbul Universitetinin önündəki meydana adını verən Bəyazid Camiini o tikdirdi. İstanbulda zəlzələ səbəbiylə zərər görən binaları təmir etdirdi. 1512-ci ildə taxtı oğlu Yavuz Sultan Səlimə vermək məcburiyyətində qalan II Bəyazid Dimetoka şəhərinə gedərkən yolda vəfat etdi.


Tarix: 03.03.2013 / 16:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 208 Bölmə: Dunya ve tarixi
loading...