Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tetrarxiya

Tetrarxiya (yun. τετρα - dörd, αρχη - hakimiyyət ) — Roma imperyasında hakimiyyət forması olub, imperator Diokletian tərəfindən 293-cü ildə imperiyada hakimiyyət böhranını aradan qaldırmaq üçün tətbiq edilmiş, 313-cü ilə qədər mövcud olmuşdur. Hakimiyyət halqası dörd imperatordan (iki ahıl - "Avqust (titul)" və iki cavan - "Sezar (titul)" titulundan) ibarətdir.Mündəricat
1 Yaranması
2 Tetrarxiyanın paytaxtlatı və inzibati bölgüsü
3 Tetrarxiyanın imperatorları
4 Tetrarxiyanın süqutu
5 Mənbə


Yaranması

285-ci ildə Diokletian sərkərdə (hərbi komandir) Maksimianı (cavan) müştərək hökümdar ("sezar"), 286-cı ildə isə "avqust" elan edir. Diokletian imperiyanın yarısını - şərqini, Maksimian isə qərbini idarə edir. Diokletian Maksimianın razılığı ilə əlavə iki "sezar" - Qaleriya və Konstansa Xloru "avqustlara" köməkçi təyin edir. Beləliklə tetrarxiya üsul idarəsində məqsəd "avqustlardan" sonra hakimiyyətin "sezarlara" keçməsini təmin etmək idi.

Tetrarxiyanın paytaxtlatı və inzibati bölgüsü

"Əbədiyyət şəhəri" Roma tetrarxiyanın əsas kəsişdiyi şəhər olsa da paytaxt funksiyasını itirərək, Sasanid imperiyasından, germanlardan, varvarlardan effektli müdafiə olunmaq üçün hərbi və idarəçilik qərargahları, sərhədlərə nisbətən yaxın şəhərlərə, yeni paytaxtlara köçürülmüşdür.
Nikomedia(indiki İzmit)
Sirmiy
Mediolan (indiki Milan)
Trir (al. Trier, lat. Augusta Treverorum)

Imperiya dörd hissəyə bölünsə də dörd tetrarx arsında bir oqədər də dəqiq ərazi bölgüsü mövcud olmamışdır. Hər bir imperator Roma imperiyası daxilində öz təsir dairəsinə malik olmuşdur. Əsasən onlar hərbi kompaniyalara rəhbərlik edirdilər. Idarəçiliklə isə bürokratik aparata malik hər bir tetrarxın özü tərəfindən təyin edilmiş prefekt məşqul olurdu. Imperiya özü əvvəl 12 (İtalya, Pannoniar, Qallya, İspanya, Vinnensis, Britannya, Afrika, Moizia, Trakia, Asiya, Pontika, Oriyent), 395-ci ildən 15 dioçez (lat. dioecesis) adlandırılan inzibati vilayətə bölünmüşdür. Hər bir dioçezə 16 əyalət daxil olmuşdur. Dioçezlər (lat. vicarius) vikarlar tərəfindən idarə olunurdur ki, onlar da öz növbəsində prefektə tabe idilər.

Tetrarxiyanın imperatorları[göstər]
Tetrarxiyanın imperatorları


Tetrarxiyanın süqutu

305 ci ildə 20 illik müddət bitdikdən sonra "Avqustlar": Dioklesian və Maksimian istehfa verdikdən sonra onların yerini "Sezarlar": Qaleriy və Konstansi Xlor tutmuş olurlar. Onlarda öz növbəsində yeni "sezarlar"ı (Maksimian və Flavi Valeriya Sever) seçərək ikinci tetrarxiyanı yaratmış olurlar. Lakin onun ömrü çox sürmür. 306 cı ildə Konstansi väfat etdikdən sonra Qaleriy Severi eyni zamanda Konstansiya öz oğlu I. Konstantini "Avqust" təyin edilir. Maksemianın oğlu Maksensiy buna etiraz olaraq Sever üzərində qələbə çaldıqdan sonra onu taxtan imtina etməyə məcbur edir. 307 ci ildə Severi oldürmək əmrini verir. Beləliklə "Avqust " tituluna dörd (Qaleriy, Konstantin, Maksimian və Maksensiy), "Sezar" tituluna isə bir (Maksimin) namizəd olmuş olur. 308 ci ildə Dunay üzərindəki Karnuntumda çağrılmış toplantıda qərbdə senat Lisiniy "Avqust", Konstantin "Sezar" , şərqdə isə Qaleriy "Avqust", Maksimin "Sezar" elan edilir. Nəticə etibarilə Maksimian imperatorluqdan kənarlaşdırılır və Maksensiy uzurpator (qanunsuz hakim) elan edilir. Bu qərara məhəl qoymayaraq Maksensiy Italya və Afrika üzərindəki faktiki hakimiyyətini saxlayır. Bundan başqa 305 ci ildən hər ikisi "Sezar" olan nə Konstantin nə də Maksimin Lisiniyin "Avqust" olmasını qəbul edə bilmirdilər. Beləliklə onların da 309 cu ildə "Avqust" elan edilməsi, dörd müstəqil bir-birinə düşmən imperator hakimiyyətinə gətirib çıxarır. 309 - 313 cü illərdə iddialı imperatorlar daxili çəkişmələrin qurbanlarına çevrilirlər. 310 cu ildə Konstantin Maksimianı boğduraraq öldürtdürür, Qaleriy öz əcəli ilə 311 ci ildə vəfat edir. 312 ci ildə Milviy körpüsü üzərində döyüşdə Maksensiyni məğlub edir. Məğlubiyyətə dözməyən Maksensiy 313 cü ildə Tarsda özünə qəsd edərək olür. 313 cü ildə Qərbdə Konstantin, şərqdə isə Lisiniy imperator olması ilə tetrarxiya süqut etmiş olur. 324 cü ildə Konstantin Lisiniyə qalib gələrək özünü tək "Avqust" elan edir.


Tarix: 05.03.2013 / 13:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 312 Bölmə: Dunya ve tarixi
loading...