Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nerva-Antonin sülaləsi

Beş yaxşı imperator (ing. Five Good Emperors termini E.Qibbsona məxsusdur) və ya "evladlığa götürülmüş imperatorlar" kimi tanınan bu sülalə ikiyüz ilə qədər höküm sürmüşdür. Onların hakimiyyıti zamanı (96 — 180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə secilir. Xarici siyasəti imperiya demək olar ki, yaxın şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdilər. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui qəsd nəticəsində öldürülmüşdür.


Tarix: 05.03.2013 / 13:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Dunya ve tarixi
loading...