Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yasa

Yasa (monq. Их засаг хууль — Çingiz xanın dövründən başlayaraq monqolların qanunlar məcəlləsi adlanırdı. Böyük Yasa da deyilirdi.Mündəricat
1 Tarixi
2 Çoxluğun iştirak etdiyi hökumət
3 Qanun əsasında idarəçilik
4 Bərabərlik
5 İnsan hüquqları və fərdi azadlıqlar
6 Elxanlılar və Yasa
7 Ədəbiyyat
8 İstinadlar
9 Həmçinin bax
10 Xarici keçidlər


Tarixi

Böyük öndər Çingiz xan (1162-1227) tərəfindən monqol mədəniyyətinə aşılanmışdır; indiki anlamda demokratik cəmiyyət qurmasa da, məhz Çingiz xan həmin dəyərləri monqolların şüuruna hopdurmuşdur.

Çingiz xan monqolları demokratiyaya necə yönləndirmişdir? Birincisi , o, xalqın hökuməti idarə edə bilməsinin iki ilkin zəruri şərtini institutlaşdırmışdır. Monqol tayfalarını vahid və müstəqil bir dövlət şəklində birləşdirməklə öz xalqına öz qanunlarını hazırlamaq hüququ vermiş, özündən əvvəlki uyğur əlifbasını monqol dilinə tətbiq etməklə isə öz oğlanlarını və rəsmi dövlət məmurlarını xarici katiblərin asılılığından xilas etmişdir. Bunun da nəticəsində onlar hamının riayət etməli olduğu qanunları yazıya ala və öz tarixlərinin yazılmasına nəzarət edə bilmişlər.

Demokratiyanın ilkin şərtləri üçün lazımi şərait yaradan Çingiz xan liberal demokratiyanın bir sıra dəyərlərini praktik surətdə öz hökumətinə də tətbiq etmişdir. Bu dəyərlərdən bir çoxu sonralar ənənəvi monqol mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir. Onlardan aşağıdakıları misal göstərmək olar:

Çoxluğun iştirak etdiyi hökumət

Çingiz xan Böyük Məclis – I monqol xuralının (qurultayının) əsasını qoymuşdur: bu xural müntəzəm olaraq toplanır, sülh və müharibə məsələlərinə dair qərarların çıxarılmasında ona köməklik göstərirdi. O, həmçinin Müdriklər Şurası yaratmışdı və bu ş ura ona müntəzəm olaraq məsləhətlər verirdi.

Qanun əsasında idarəçilik

Çingiz xan monqol tayfalarını vahid dövlət şəklində birləşdirdikdən sonra qanunlara əsaslanan idarəçiliyin və hüquqi sistemin əsasını qoymuşdur. Bu cür idarəçilik və hüquqi sistem Çingiz xan imperiyasının hər yerində qüvvədə idi.

Bərabərlik

Çingiz xan siyasi və iqtisadi bərabərlik formalarının yaradılmasına təşəbbüs göstərmiş, ancaq onları heç vaxt tam institutlaşdırmamışdır. Öz ordusu və Müdriklər Şurası üçün xüsusi imtiyazlar təmin etməsinə baxmayaraq, sosial mənşəyindən və rütbəsindən asılı olmayaraq, layiq olduğuna inandığı hər bir adam Müdriklər Şurasına üzv olmağa dəvət ala bilərdi. Digər tərəfdən, Çingiz xan qadınlara da böyük ehtiram bəsləyirdi, bu isə o dövrdə Avrasiyanın istənilən yerində görünməmiş hadisə idi. Monqol xalqının yüksəlişindən və Çingiz xanın həyatından bəhs edən "Monqolların sirli tarixi" adlı dastanda qadınların ən ağır anlarda qərar çıxarmalarına, Çingiz xana necə yaşamağı öyrətmələrinə və hansı siyasi addımları atması ilə bağlı məsləhətlər vermələrinə dair bir neçə nümunə mövcuddur.

İnsan hüquqları və fərdi azadlıqlar

Çingiz xan öz dövrünün insanlarını bugünkü monqolların çox yüksək qiymətləndirdikləri əsas insan hüquqları və azadlıqları ilə təmin etməsə də, müəyyən dərəcədə söz azadlığına icazə vermişdi. Bundan əlavə, şamanlığın din azadlığı konsepsiyasına müvafiq olaraq öz doğma şəhəri Qaraqorumda məlum olan bütün dinlərə xoş münasibət bəslən il məsinə nail olmuşdu.

Elxanlılar və Yasa

Elxanilər dövlətində Çingiz xanın Yasasından istifadə etməklə dövlət hüququ, yerli idarəçilik sahəsində olan münasibətləri, monqol və türk feodalları arasında olan əmlak münasibətlərinin yarğu məhkəmələri vasitəsilə araşdırılması artıq qeyd olunmuşdur. Lakin hadisələrin gedişi göstərdi ki, getdikcə mürəkkəbləşən sosial – iqtisadi, hüquqi münasibətləri təkcə Yasa vasitəsilə tənzimləmək mümkün deyildir. Ölkəni işğal edən monqollar əsasən maddi nemətlərin talanması ilə məşğul olmuş, cəmiyyətin həyatı, ictimai münasibətlərin tənzimlənməsi qayğısına qalmamışdılar. Bu səbəbdən, Elxanilər dövlətinin mövcudluğunun ilk vaxtlarında dövlətin idarə edilməsi sahəsində müəyyən intizamsızlıq, başıpozuqluq olmuş, Yasa qanunlarının icra mexanizmləri olmadığından və bu qanunlar yerli müsəlman əhalisi tərəfindən qəbul edilmədiyindən qanunçuluğun qorunması və qanunvericilik sahəsində sistemsizlik hökm sürmüşdür. Belə vəziyyət isə Qazan xanın həyata keçirdiyi islahatlara qədər davam etmişdir.

Ədəbiyyat
Фрагменты Ясы, реконструированные на основании разных источников
Крадин Н. Н, Скрынникова Т. Д. Империя Чингис-хана. М.: Восточная литература, 2006. ISBN 5-02-018521-3
ЭГЛЬ Д. Великая яса Чингис-хана, монгольская империя и шариат // Монгольская империя и кочевой мир. Вып.1.
AYALON D. The Great Yasa of Chinggis khan. A Reexamination (Part's A, B. Ca, C2) // Studia Islamica, Vol. 33, 1971. P. 97-140; 1971, Vol. 34. P. 151-180; Vol. 36, 1972. P. 113-158; Vol.38, 1973. P. 107 156.
MORGAN D. The "Great Yasa of Chingiz Khan and Mongol law in the Ilkhanate // Bulletin of the School of Oriental and African Studies, University of London, 1986. P.163 176
DE RACHEWILTZ I. Some reflection on Činggis Qan's Yasay // East Asian History, Vol. 6, 1993. P. 91-104.
RATCHNEVSKY P. Die Yasa (Jasaq) Cinggis-khans und ihre Problematik // Schriften zur Geschichte und Kultur des alten Orients. Bd. 5 (Sprache, Geschichte und Kultur der altaischen Volker). Berlin, 1974. S.164 172; RATCHNEVSKY P. Cinggis-khan: Sein Leben und Wirken. S.164 165.
RATCHNEVSKY P. Un Code des Yuan. Vol. 1 4. Paris, 1937, 1972, 1977, 1985.


Tarix: 03.03.2013 / 16:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 552 Bölmə: Dunya ve tarixi
loading...