Sultan III Səlim (1789-1807)
III Mustafanın oğludur. 1761-ci ildə Topqapı Sarayında anadan olub.Əmisinin vəfatından sonra 28 mart 1789-cu ildə taxta çıxdı.
III Səlimin hökmdar olduğu sırada osmanlı-Rus və Avstriya hərbləri davam etməkdə idi. Xüsusilə Krımın Moskva işğalına düşməsi səbəbindən Səlim Xan çox kədərlənirdi.
Cəbhədəki sərdarlara fərmanlar göndərərək düşmənə qarşı mübarizə edilməsini və Krımdan çıxarılmasını istədi. Osmanlı ordusunun Rusiya və Avstriya cəbhələrində məğrubiyyət vəziyyətdə olması səbəbindən sədrəzəm "Əsgərlərdə cenk edəcək hal yoxdur" deyə cavab verdi. Bu xəbər üzərinə daha da kədərlənən və bu ordu ilə zəfər qazanılmasının mümkün olmadığını anlayan III Səlim, Avstriya ilə 1791-ci ildə Ziştov, Rusiya ilə də 1972-ci ildə Yaş müqavilələrini imzaladı.
Bu sırada Avropanın və xüsusiylə qonşularının Fransa qiyamı ilə məşğul olmalarını fürsət bilən Səlim Xan, dərhal islahat təşəbbüslərinə girişdi. Onun 72 maddədən ibarət islahatları "Nizami-cədid" adlanıb. Yeni nizami bir ordu qurdu. Avstriya, Fransa, Prusya və İngiltərə mərkəzlərinə göndərilən elçilər, məlumatlar yığaraq İstanbula hesabat verildilər.
Səlim Xan gecəli gündüzlü iş ilə qısa bir müddətdə reallaşdırdığı islahatların nəticələrini görməyə başladı. Misirı işğal edən Napolyonun 17 mart 1799-cu ildə Akka mühasirəsi nizamı ordusu tərəfindən qırıldı. Akka qarşısında ağır bir məğrubiyyətə uğrayan Napolyon, 22 avqust 1799-cu ildə Misiri də tərk etmək məcburiyyətində qaldı. 1803-cü ildə Ərəbistanda ortaya çıxan vəhhabi üsyanı yatırıldı. 1805-ci ildə Rusiya, Osmanlı Dövlətinin içərilərinə girməyə başladı. Osmanlı torpaqlarına girərək Hotin, Bender, Gili və Akkermanı ələ keçirdi. İngilislər Misirə hücum etdi. Lakin intizamlı və qüdrətli yeni Osmanlı orduları, İngilis və Ruslara qarşı hər cəbhədə üstünlük qazandılar.
Osmanlı ordusu cəbhədə müvəffəqiyyətlər əldə edərkən, üsyançılar III Səlimi da taxtdan endirdilər (29 may1807). Ələmdar Mustafa Paşa Səlimi təkrar taxta çıxarmaq üçün hərəkətə keçdisə də, daha cəld davranan üsyankarlar, Sultanı şəhid etdilər (28 iyul 1808).
Tarix: 03.03.2013 / 16:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 265 Bölmə: Dunya ve tarixi