Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Mənqli Gəray

I Mənqli Gəray ( 1445-ci il- 1515-ci il)—Krım xanlığının hakimi.Mündəricat
1 Həyatı
2 İstinadlar
3 Həmçinin bax
4 Xarici keçidlər


Həyatı

Krım hakimi Hacı Gəray 1446-cı ildə öldü və bütün Türk tarixi boyunca gördüyümüz aralıqsız və təəssüf doğuran taxt-tac çəkişmələri başladı.Hacı Gərayın səkkiz oğlu bir-birinin üstünə düşdülər və boylar arasında çarpışma sürdü.Öncə qardaşlardan Mənqli Gəray (Bənli Gəray) xanlığı ələ keçirdi, ancaq bir sürə sonra qardaşı Nurdövlət onu yenərək taxta oturdu.

İki il yarım sonra yenidən Mənqli Gəray, ondan bir sürə sonra da yenə Nurdövlət xan oldular.Nurdövlət xanla anlaşan genuyalılar onlara sığınan Mənqli Gərayı tutuqladılar.

Nurdövlətin genuyalılarla anlaşması və Mənqli Gərayın tutuqlanması Qırım bəyləri və ulus tərəfindən heç də yaxşı qarşılanmadı və bunlar Osmanlıları çağıraraq duruma hakim olmalarını istədilər.

Osmanlı dövləti Gədik Əhməd paşanın ordu başçılığı ilə bir donanma göndərərək Kəfəni tutdu və Mənqli Gərayı qurtardı.

Bundan sonra Nurdövlət və Mənqli Gəray qardaşları arasında taxt çəkişməsi bir sürə də sürdü.Sonda Krım bəyləri İstanbulda olan Mənqli Gərayın xan olmasını istədilər.

1478-ci ildə Osmanlı sultanının fərmanı ilə barat, mənşur, qılınc və bayraq verilərək Mənqli Gəray xan elan edildi və Krıma göndərildi.


Tarix: 03.03.2013 / 16:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Dunya ve tarixi
loading...