Çiyələkli milkshake
Vəsaitlər:
400 qram çiyələk
1 çay stəkanı soyuq süd
300 qram vanilli dondurma
1 yemək qaşığı pudra şəkəri
1 paket vanil
Hazırlanması:
İlk olaraq, çiyələk, pudra şəkər və vanili blendırdan keçirərək püre halına gətirin. Daha sonra süd və dondurmanı əlavə edərək təkrar qarışdırın. Hazırladığınız qarışığı stəkanlara paylaşdırıb üzərlərini dilədiyiniz kimi bəzəyərək süfrəyə verin.
Tarix: 29.11.2014 / 15:00 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Dünya mətbəxi
loading...