Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unudam Gerek

Ayrıldıq..güc geldi bize hücumlar,
Ayrıldıq,usanıb teneden,sözden;
Bizden razı qaldı yadlar,qohumlar,
Biz razı qalmadıq öz özümüzden.

Ayrıldıq..neğmemiz qaldı yarımçıq,
Fikirler perişan,könüller qırıq.
Ayrıldıq..de harda lengidi zaman?
İndi ne sen sensen,ne de men menem.
Başımda tufanlar hayqırdığından,
Meyvesi deymemiş tökülen menem.
Dağlara dırmanıb ardımca qoşdun
Özge buludlara qarışan menem.
Taleyin hökmüyle sen çox vuruşdun,
Bu ağır hökm ile barışan menem.
Yandıran da menem,yaxılan da men,
Döyen de,vuran da,yıxılan da men!
Ayrıldıq..
Bilmedik neçin,neden biz?
Ayrıldıq..
Ayrılmaq istemeden biz.
Yoxdur üreyimde sene qezeb kin,
Yadıma düşmeyir bed emellerin.
Nifretsiz ayrılıq ayrılıq deyil,
Nifretsiz ayrılıq vüsaldan şirin...

Gülüm,seve-seve ayrılırıq biz
Ürek kökden düşen tek sime benzer
Bizim gözü yaşlı bedbext eşqimiz,
Atalı,analı yetime benzer.

Deyirem unudum seni men gerek.
Mümkünmü?
Arzuya emel ten gerek!
Unuda bilmekçün seni,sevgilim,
Tezeden doğulum,tezeden gerek!


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 494 Bölmə: Bextiyar Vahabzadə
loading...