Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Qəribə Yuxugördüm...

BİR QƏRİBƏ YUXU GÖRDÜM…'
Ömür yolum- içimdəki
vuruşlarım.
Mübarizəm-talem ilə yarışlarım.
Qədərimin yazıları-alnımdakı
qırışlarım.
Kaş onları pozan ola!
Təzəsini istəyimcə yazan ola!
Tutuşmuşam, çaxmaq yoxdur
alışmağa,
Qaynayıram, təpərim yox, nə
coşmağa, nə daşmağa.
Ürəyimin sözlərini oba-oba
danışmağa
Dədə Qorqud timsalında ozan
ola,
Birqəribə yuxu gördüm,
istəyimcə yozan ola!
1977.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Bextiyar Vahabzadə
loading...