Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurbet-Veten

Anamız birdirsə Vətən də birdir
Nə ana, nə Vətən iki
olammaz.
Qürbətdə tapdığın xeyir də şərdir
Qəlbin bu xeyirdən
isıqlanammaz.
Qürbətin xeyrinə ay
aldanan kəs,
Vətənin şərinə kim ortaq olsun?
Vətəni özünə qürbət
sanan kəs
Sənin anan ölüb, başın
sağ olsun!
Hamı həşirdədir
güzəranıyla
Ceyran belindədir bir
loxma əppək.
Ana yaralıysa, oğul
qanıyla
Onun yaraları yuyulsun gərək.
Yediyim, içdiyim dərddi, qəmdisə
Neyləmək? Bu ocaq, bu yurd mənimdir.
Göz yaşım axan yer
qürbətimdisə,
Qanım axan yerlər, öz
Vətənimdir.
Harda olursan ol, qəlbin fəhmi var
Səni torpaq çəkər, səni qan çəkər.
Qürbətdə Vətənçin gözü yaşlılar
Vətənin naminə canmdan keçər.

Avqust, 1998.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 138 Bölmə: Bextiyar Vahabzadə
loading...