Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qul Bazari

Gəldi başımıza min qan, min qada
Bunlar tarixdən də bizə tanışdır.
Bəşərin quldarlıq
zamanında da
Bu millət qul alıb, qul
satmamışdır.
Nədir qul bazarı, hardan çıxdı bu?
Öz halal yurdunda millət qul oldu?
Qış ötdü, yaz gəldi,
bitmədi yonca
Xəzana döndümü şirin
xəyallar?
Oturab səkidə küçə
boyunca
Müştəri gözləyir bu təzə qullar.
Bir parça çörəkçin bu
bədbəxılərin
Açılır başına min cür
oyunlar-
Səhərdən axşama qaya capmağa,
Zibil dasımağa hazırdı
onlar.
"Gəl" - deyə çağırsan,
əllisi birdən
Cumacaq üstünə daş
səkilərdən.
Özün seç, çəkinmir qul
olduğuna
Az, ya çox, nə versən
sükrandır ona.
Qulun nə haqqı var "Bu azdır" deyə
Sahib ağasıyla çənə
döyməyə?
Satdıq Qarabağı uf
demədən biz
Satdıq otelləri, zavodları da.
Min cür sərvətimiz, var- dövlətimiz
Satıldı, el qaldı quruca
yurdda.
Biri-birimizi satırıq bu
gün
Ayıra bilmirik doğrmadan yadı.
Vərdişə çevrilib satmaq bizimçün
Daha satılmağa bir şey qalmadı.
Hərraca qoymuşuq bu
məmləkəti,
İndi də satırıq namus,
qeyrəti.
Ünvan ləkələndi, ad
ləkələndi,
Tapdandı min illik şərəf də, şan da.
Amandır, qoymayın,
satılır indi
Millətin mənliyi qul
bazannda.
Varlı tanıyıram vicdanı miskin,
Qıymaz bircə quruş var-dövlətindən.
Bir acı doydurmaq,
nadan nə bilsin
Savabdır yüz Kəbə
ziyarətindən.
Durduğumuz yerdə biz addım sayıb,
İrəli getmədik bir addım belə.
Daim dilədiyi haqqa
çatmayıb,
Bu millət nəyisə gözləyir hələ.
Durur illər boyu durduğu yerdə
Bu yolun əvvəli, axırı
məchul.
Millətin yarısı yad
ölkələrdə,
Yarısı doğmaca
vətənində qul.
Adamlar talanır öz
mənzilində
Əcnəbi sahibkar lap ağ eylədi.
Aldığı zavodda ana
dilində
Danışmağı bizə yasaq
eylədi.
Əcnəbi ağadır sanki bu yurda
Sinəm ayaqlara yol olmuş bu gun.
Eloğlum həm yurdda,
həm də kənarda
Hakim əcnəbiyə qul
olmus bu gün.
Onlar iş axtarır yaşamaq üçün
Bu adi istək də çox imiş məgər?
Bizdən iş istəyən bu
möhtacların
Yaşamaq haqqı da yox
imiş məgər?
İstiqlal qazanıb biz elə
bildik,
Qurtardıq milləti qəhr
edən oddan.
Amma bilmədik ki,
məhrum edildik,
Dağlarda qurutdan,
aranda tutdan.
Əzilir, soyulur bu xalq
günbəgün,
Dözümdə, səbrdə, vallah,fil olduq.
Bəlkə bu milləti qul
eləməkçün
Biz qan bahasına
müstəqil olduq?
Ölkəm müstəmləkə, yada qul ikən
Millət gəlmələrə qul ki, deyildi.
İndi bu məmləkət
müstəqil ikən
Millət qula dönüb sındı, əyildi.
Ünvan ləkələndi, ad
ləkələndi,
Tapdandı min illik şərəf də, şan da.
Amandır, qoymayın,
satılır indi
Millətin mənliyi qul
bazarında.

6 noyabr. 1998.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 197 Bölmə: Bextiyar Vahabzadə
loading...