Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki Kor

İKİ KOR
Bir kor tanıyıram, gözü korsa da,
özü kor deyil.
Bəzən qəm odunda qovrulursa
da,
Ağlına, hissinə o nankor deyil.
Gecəli-gündüzlü yazır, oxuyur,
Ağlınm gözüylə o görür, duyur.
Ancaq... biri də var... kor deyilsə
də,
gözü görməyir.
Dostu göz önündə öldürülsə də,
görmədim deyir...
Yaxşıya ortaqdır, yamanı
görmür,
O, saata baxır, zamanı görmür.
Fikrini, hissini ucadan deməz,
bəzən gördüyünü görmək
istəməz.
Gözləri görməyən kor deyil hələ,
Görmək istəməyən kordur,
deyərdim.
Belə müqəvvaya, belə cahilə
Həyatın özü də gordur,
deyərdim.
1968.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Bextiyar Vahabzadə
loading...