Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Neylərəm

Sən getdin,elə bil dünya boşaldı,
Yaz da, köçüb getdi yeri boş
qaldı.
Bahar ürəyimi sənsiz qış aldı,
Mən yaza vurğunam,qışı
neylərəm?
Eşqimi aparıb sən getdin demək,
Eşqsiz bir dünya nəyimə gərək.
Soyuq daşa döndü o gündən
ürək,
Sinəmdən asılan daşı neylərəm
Həmişə ayrıyıq,gecə-gündüzük,
Birimiz təpəyik,birimiz düzük.
Üstünün qaşıyla tanınır üzük,
Əgər üzük yoxsa,qaşı neylərəm?
Niyə yaşayıram mən niyə sənsiz,
Nə yerə baxaram,nə göyə sənsiz.
Mənki kor olmuşam hər şeyə
sənsiz,
Kor gözün üstündə qaşı
neylərəm?


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 134 Bölmə: Bextiyar Vahabzadə
loading...