İki Kor
Bir kor tanıyıram, gözü korsa da, özü kor deyil.
Bəzən qəm odunda qovrulursa da,
Ağlına, hissinə o nankor deyil.
Gecəli-gündüzlü yazır, oxuyur,
Ağlınm gözüylə o görür, duyur.
Ancaq... biri də var... kor deyilsə də,
gözü görməyir.
Dostu göz önündə öldürülsə də,
görmədim deyir...
Yaxşıya ortaqdır, yamanı görmür,
O, saata baxır, zamanı görmür.
Fikrini, hissini ucadan deməz,
bəzən gördüyünü görmək istəməz.
Gözləri görməyən kor deyil hələ,
Görmək istəməyən kordur, deyərdim.
Belə müqəvvaya, belə cahilə
Həyatın özü də gordur, deyərdim.
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Bextiyar Vahabzadə
loading...