Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan-göydə Aykimidir...

İNSAN - GÖYDƏ AY KİMİDİR...
Çəmənlikdə gül-çiçəyin
Sağ-solunda ələfi var.
Dünyada hər bədbəxtliyin
Həm zərəri, həm nəfi var.
Vaxt hakimlər hakimidir,
Həyat, varkən yox kimidir.
Yaydan çıxan ox kimidir,
Hər ömrün öz hədəfi var.
Ürəkdədir sözün kökü,
Ayıra bil tükdən tükü,
Çox ağırdır amal yükü,
Çəkə bilsən şərəfi var.
Ürək fikrin tilsimidir,
Hər qatı bir lay kimidir.
İnsan - göydə Ay kimidir,
Görünməyən tərəfi var.
İyun, 1978.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Bextiyar Vahabzadə
loading...