Yuxuluyam, Yuxulu
Boşalıram, dolmuram
Çaşdırmışam sağ-solu.
Axtarıram bulmuram
Allaha gedən yolu.
Necə çatım mən ona?
Şeytan girir min dona.
Dag atır haqq yoluna
Azır Allahın qulu.
Özüm özümə qənim
İçimdədir düşmənim.
Yolumu kəsmiş mənim
Bağ çəpəri, dağ kolu.
Hər bütə ram olmuram,
Dönüb səcdə qılmıram.
Daş dəyir, ayılmıram
Yuxuluyam, yuxulu.
Avqust, 1998
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 101 Bölmə: Bextiyar Vahabzadə
loading...