Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeribe Deyilmi?

Qəribə dünyadır, bəzən baş yarır
Ayağın dəstəyi taxta
çəliklər.
Bəzən qul sahibi qula
yalvarır
Dünyanı fırladır
qəribəliklər.

- Dünya çalxalanır yenə dəniz tək.
- Bu böyük dünyanın
dərdini çəkmək
Bizəmi qalıbdır?
- Vallah, nə deyim?
Sənə yox, mənəsə qalıb,neyləyim?
Qəribə deyilmi?

Sən sirr, mən də sirr.
Bu sirri bilmirik necə
çözməli?
Kimi övladının dərdini
çəkmir,
Kimi də xalqının
dərdindən dəli!
Torpaq əldən getdi, ölkə talandı,
Sənin nə vecinə, günün ağ olsun.
Səninçün dünyada hər
şey yalandı
Təki damağın çağ, canın sağ olsun.
Bu boyda millətin ağır
günündə
Qaşını çatmaq da sənə
əzabdır.
Qardaşın döyülsə gözün önündə
Deyərsən, nə hay-küy, nə şaphaşapdır?
Ayıra bilirsən xeyirdən
şəri,
Mənfəət meydanı
səninçin gendir.
Nə Vətən, nə millət?
Səndən ötəri
Harda xeyrin varsa, ora vətəndir.
Xalqın naləsinə qulaqların kar,
Millətin içində millətə
yadsan.
Dərddən başımıza yağdı yağışlar,
Səni islatmadı, dərddən azadsan.
Bir qırıq dəymədi xeyrin özgəyə
Quru ağacdan da meyvə dərmisən.
Xeyrinin gözüylə baxdın hər şeyə
Dünyanı cibinə
yerləşdirmisən.
Qışın çovğunu da sənə
yaz gəlir
Əgər mənfəətin var isə bundan.
Xeyrindən özgə şey sənə vız gəlir
Araz açığından, Kür
topuğundan.
Heç demə, dünyada
dünyada kənar
Zamanın çölündə yaşayan da var...
Oktyabr, 1998.


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Bextiyar Vahabzadə
loading...