AĞIL BAŞQA, ÜRƏK BAŞQA
Bir-birinə bənzəsə də,
Yel başqadır, külək başqa.
Ətri də xoş, rəngi də xoş
Gül başqadır, çiçək başqa.
Hər diki yoxuş bilmə, gəl,
Hər meyi meyxoş bilmə,gəl.
Hər uçanı quş bilmə, gəl
Quş başqadır, böcək
başqa.
Hər dərdinə ortaq
mənəm,
Hər ağrını tən bölənəm,
Sən çəkənsən, mən
gələnəm
Oəmi başqa, yedək
başqa.
Haqqın yolu-öz yolumdur,
Əyilməyən düz yolumdur,
Xeyirlə şər sağ -
solumdur
Şeytan başqa, mələk
başqa.
Bir diləyə mən calandım,
Gah qazandım, gah
talandım,
Ömrüm boyu haçalandım
Ağıl başqa, ürək başqa.
Dilək oldu mənim adım,
Pərvazlandı qol-qanadım,
Batmadı səbrim, inadım
Әməl başqa, dilək başqa.
28 noyabr, 1998
Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 125 Bölmə: Bextiyar Vahabzadə
loading...